Icma.az
close
up
RU
Normal pendir tapmaq problemə çevrilib

Normal pendir tapmaq problemə çevrilib

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda süd məhsullarının keyfiyyəti ilə bağlı narazılıqlar artmaqdadır. 

Ölkədə keyfiyyətli süd məhsullarının çatışmazlığı, müxtəlif qatqılardan istifadə edilməsi istehsalat prosesində şəffaflıq ilə bağlı məsələləri gündəmə gətirir. İstehlakçılar “normal pendir” tapmaqda çətinlik çəkdiklərini deyirlər. Bu da öz növbəsində məhsulların hansı şəraitdə və nə ilə hazırlandığına dair suallar yaradır. 

"Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Akif Nəsirli Azərbaycanda pendir istehsalı və məhsul keyfiyyəti ilə bağlı artan narazılıqlara münasibət bildirib. 

Onun sözlərinə görə, mövcud vəziyyət bir neçə əsas problemi gündəmə gətirir:

"İlk olaraq istehlakçı etimadsızlığı ön plana çıxır. İnsanlar mağazalarda keyfiyyətli və təbii pendir tapmaqda çətinlik çəkirlər. Bu, həm məhsulun tərkibi, həm də onun necə hazırlandığı barədə məlumatın azlığı ilə bağlıdır. Bəzi hallarda pendir istehsalında süd əvəzedicilərindən, qatqılardan və ya normadan kənar üsullardan istifadə oluna bilər. Bu, həm dad, həm də sağlamlıq baxımından sual doğurur".

İqtisadçı, həmçinin istehsal prosesində sanitariya və gigiyena normalarına əməl olunmasının vacibliyini vurğulayıb:

"Pendir istehsalının sanitariya və gigiyena normalarına uyğunluğu vacibdir. İstehlakçılar üçün məhsulun hansı şəraitdə hazırlandığı önəmlidir, amma bu məlumat hər zaman açıq şəkildə təqdim olunmur. 

Problemin bir hissəsi də məhsul keyfiyyətinə dövlət və ya müstəqil qurumlar tərəfindən yetərincə nəzarət edilməməsidir. Sertifikatlaşdırılmış və keyfiyyət standartlarına cavab verən məhsulların sayının artırılması bu narazılığı azalda bilər".
Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri