Icma.az
close
up
RU
Notbuk mikrofonları söndürülmüş halda belə casusluğa yol aça bilər

Notbuk mikrofonları söndürülmüş halda belə casusluğa yol aça bilər

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Notbuklarda yerləşən mikrofonların söndürülmüş vəziyyətdə belə elektromaqnit siqnallar yayaraq ətrafı dinləmə riski yaratdığı müəyyən edilib. Mütəxəssislər bu boşluğun böyük bir məxfilik problemi olduğunu bildirir.

Axar.az xəbər verir ki, Florida Universitetində aparılan araşdırma notbuklarda istifadə olunan rəqəmsal mikrofonların ciddi təhlükəsizlik boşluğu daşıdığını üzə çıxarıb.

Tədqiqatçılara görə, bu mikrofonlar aktiv olmasa belə ətraf mühitə elektromaqnit dalğalar yayır və bu siqnallar vasitəsilə danışılanlar metrlərlə məsafədən, hətta divarların arxasından belə dinlənilə bilir.

Müasir mikrofon texnologiyaları səs dalğalarını dərhal rəqəmsal siqnallara çevirən sistemlər üzərində qurulub. Lakin bu texnologiya, görünməyən bir təhlükəni də özü ilə gətirir. Rəqəmsal siqnalların yaydığı elektromaqnit dalğalar mikrofon kabellərini kiçik antenalara çevirir. Bu da danışılanların sadə bir radio qəbuledicisi ilə yüksək dəqiqliklə bərpasına şərait yaradır.

Araşdırma zamanı aparılan testlərdə populyar markalara aid mikrofonlarla səslə deyilən rəqəmlərin 98 faizdən çox dəqiqliklə tanındığı, danışan şəxslərin isə 97 faiz dəqiqliklə müəyyən olunduğu qeyd olunub. Ən diqqətçəkəni isə bu nəticələrin mikrofonlar “söndürülmüş” vəziyyətdə olarkən əldə olunmasıdır.

Tədqiqat qrupu 15 sm qalınlığında bir divarın arxasına yerləşdirilən anten vasitəsilə belə danışılanları 95,5 faiz dəqiqliklə aşkarlaya bilib. Səhv nisbəti isə 6,5 faizdən aşağı olub.

Ucuz avadanlıqla böyük təhlükə

Araşdırmanın ən narahatedici nəticələrindən biri də odur ki, bu dinləmə üçün yüksək texnologiyalı cihazlara ehtiyac yoxdur. Sadəcə mis lent və sadə bir gücləndirici ilə aparılan sınaqlarda 94 faiz dəqiqliklə danışılanlar müəyyən edilib.

Florida Universitetindən professor Sara Rampazzi bu barədə deyib: “FM radio qəbuledicisi və sadə mis antena ilə bu mikrofonları dinləmək mümkündür. Cəmi 100 dollardan aşağı bir xərclə belə sistem qurula bilər”.

Mövcud tədbirlər yetərli deyil

Hazırda istifadə edilən siqnal filtrləmə və parazitə qarşı metodların bu cür hücumlara qarşı effektiv müdafiə təmin etmədiyi, bəzi hallarda isə siqnalların daha dəqiq tutulmasına səbəb olduğu vurğulanır.

Tədqiqatda ümidverici yeganə üsul “spred-spektrum klokinq” adlanan avadanlıq əsaslı texnologiya olub. Bu üsul tətbiq olunduqda dinləmə uğuru 70 faizdən 5 faizə qədər azalıb. Lakin bu texnikanın tətbiqi üçün istehsalçılar cihazların daxili quruluşunu tamamilə dəyişməlidirlər.

Araşdırma nəticələri fərdi məxfiliyin qorunması ilə yanaşı, korporativ kommunikasiya və dövlət təhlükəsizliyi baxımından da ciddi risklər yaradır. Məlumatlar mikrofon istehsalçılarına təqdim olunub. Bəzi firmalar təhlükəsizlik boşluğunu qəbul etsələr də, digərləri cihazlarının sənaye standartlarına uyğun olduğunu bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri