Icma.az
close
up
RU
Növbəti Günəş fırtınası bütün peykləri məhv edə bilər ESA dan xəbərdarlıq

Növbəti Günəş fırtınası bütün peykləri məhv edə bilər ESA dan xəbərdarlıq

Icma.az bildirir, Bakupost portalına istinadən.


Avropa Kosmos Agentliyinin (ESA) yeni simulyasiyaları göstərib ki, 1859-cu ildə baş verən məşhur “Carrington hadisəsi” gücündə bir Günəş fırtınası bu gün baş versə, Yer kürəsi ətrafındakı bütün peykləri sıradan çıxara bilər.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis astronom Riçard Karrinqton 1859-cu ildə Yupiter böyüklüyündə bir Günəş ləkəsindən yayılan nəhəng partlayış müşahidə etmişdi. Bu hadisə Yer tarixində qeydə alınmış ən güclü Günəş partlayışı kimi tanınır və “Karrinqton hadisəsi” adlanır. O zaman həftələrlə davam edən maqnit fırtınaları qütb işıqlarını hətta tropik enliklərdə belə müşahidə edilə bilən səviyyəyə gətirmiş, teleqraf xətlərini yandırmışdı.
ESA-nın Almaniyanın Darmştadt şəhərində yerləşən Avropa Kosmos Əməliyyatları Mərkəzində keçirilən təlim simulyasiyası göstərib ki, oxşar bir fırtına bu gün daha dağıdıcı nəticələr doğura bilər. Çünki müasir həyat rabitə, naviqasiya və hava müşahidəsi də daxil olmaqla minlərlə peykdən asılı vəziyyətdədir.
ESA mütəxəssisi Xorxe Amaya (“Jorge Amaya”) deyib: “Günəşdən gələn nəhəng enerji axını orbitdəki bütün peyklərə zərər verə bilər. Hətta alçaq orbitdə yerləşənlər belə təhlükəsiz sayılmaz.”
Simulyasiya zamanı X45 gücündə Günəş partlayışının ardından Yerə saatda 7 milyon kilometr sürətlə çatan koronal kütlə atımı (“CME”) ssenarisi işlənib.
Belə bir fırtına peyklərin naviqasiya sistemlərini pozmaqla yanaşı, atmosferi şişirərək sürtünməni 400%-ə qədər artırar, yüzlərlə peyki orbitdən çıxararaq Yer atmosferinə düşməsinə səbəb ola bilər.
2024-cü ilin may ayında bu hadisənin kiçik miqyaslı bir versiyası baş vermiş, ABŞ-da GPS sistemlərində ciddi nasazlıqlara səbəb olmuş və fermerlərə təxminən 500 milyon dollarlıq zərər vurmuşdu. Ancaq “Carrington” səviyyəsində bir Günəş fırtınasının potensial zərərinin trilyonlarla dollarla ölçüləcəyi təxmin edilir.
Alimlərin hesablamalarına görə, “Carrington” səviyyəsində Günəş fırtınası orta hesabla hər 500 ildən bir baş verir və bu əsr ərzində belə bir hadisənin başvermə ehtimalı təxminən 12% təşkil edir.
Cavid, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Noyabr 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri