Icma.az
close
up
RU
Növbəti ildən kommunal ödənişlər BAHALAŞACAQ? MÜHÜM AÇIQLAMA

Növbəti ildən kommunal ödənişlər BAHALAŞACAQ? MÜHÜM AÇIQLAMA

Icma.az, News24 portalına istinadən məlumat verir.

2025-ci ilin başlanmasına iki ay qalıb, artıq bir çox mütəxəssis öz sahəsinə uyğun olaraq növbəti illə bağlı proqnozlar verir. Məsələn, iqtisadçılar növbəti il dərmanların, ərzaqların, nəqliyyatın və s. qiymətində bahalaşmanın olub-olmayacağını açıqlayıblar. Ancaq  nəzərə almaq lazımdır ki, vətəndaşların ən çox pul xərclədiyi, diqqətdə saxladığı məsələlərdən biri də kommunal ödənişlərdir.

Buna görə də növbəti il kommunal qiymətlərinin necə olacağı maraq doğurur.

Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, kommunal qiymətlərinin bahalaşması üçün əsas yoxdur.

"Ölkədə kommunal xidmətlərin artırılması o qədər də uzaq tarixdə olmayıb. Yəni, uyğunlaşdırılmış qiymətlərdir. 2 il əvvəl qazın qiyməti 40%, suyun qiyməti 2 dəfə, işıq isə 30% bahalaşdı. Yəni, kommunal xidmətin bahalaşması üçün iqtisadi əsas yoxdur".

İqtisadçı açıqlamasında Türkiyə və Azərbaycanın enerji qiymətləri barədə də danışıb. O qeyd edir ki, Türkiyə enerji resurslarını idxal edən ölkədir. Azərbaycan isə  həm hasil, həm də ixrac edir.

Buna görə də Azərbaycan və Türkiyənin müqayisə olunması doğru deyil:

"Çünki Türkiyədə bu, xaricdən alınıb vətəndaşlara satılır. Həmçinin, hazırda Türkiyə iqtisadiyyatında sürətli inflyasiya mövcuddur. Bu  da enerji daşıyıcılarının qiymətini qəpik-quruşa çevirib. Buna görə də Türkiyə hökuməti bu qiymətləri yeni qiymətlərə indeksasiya etməyə məcburdur. Məsələn ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya olubsa, görün, qazın, suyun, işığın qiyməti nə qədər dəyərdən düşüb. Yəni, onlar buna məcburdurlar. Amma bizdə belə bir gözlənti yoxdur".

Akif Nəsirli vurğulayıb ki, kommunal  qiymətlər dövlət tərəfindən tənzimlənir. Buna görə də bahalaşmanın olub-olmayacağını proqnozlaşdırmaq da çətindir:

"Ancaq bu gün kommunal xidmətlərin bahalaşması üçün Azərbaycanda iqtisadi zəmin yoxdur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Noyabr 2024 03:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri