Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Nuh yurdunun və nur ocağının yetirməsi

Nuh yurdunun və nur ocağının yetirməsi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universitetinin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Rüfət oğlu Hüseynzadə 1 il əvvəl amansız əcəlin vaxtsız hökmü ilə ömrünün coşqun, yaradıcılığının və ictimai fəaliyyətinin məhsuldar çağında doğmalarını, onu tanıyıb dəyər verən çoxsaylı insanları tərk edərək əbədiyyətə qovuşdu.

Əkrəm Hüseynzadə 30 aprel 1983-cü il tarixində maarif ocağı sayılan, 1 əsrdən artıq dövrdə elm-bilik çırağı kimi işıq saçan bir ailədə dünyaya gəlmişdi. Babası Lətif Hüseynzadə klassik maarif xadimi olmuş, 105 illik ömrünün 90 illini Qərbi Azərbaycanda, Naxçıvanda kütləvi savadlanma və pedaqoji təhsilin inkişafına həsr etmiş, İrəvan şəhərində Pedaqoji İnstitutun Azərbaycan bölməsində gənclərə ana dili və ədəbiyyatımızın əsaslarını öyrətmiş, bu sahədə geniş tədqiqatlar aparmışdı. Ümummilli lider Heydər Əliyev başda olmaqla, bir çox görkəmli simaların sevimli müəllimi olmuş bu nadir ziyalı “İstiqlal” ordenli Əməkdar müəllim kimi də bütün ölkədə tanınmışdı.

Atası pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Rüfət Hüseynzadə və pedaqoq Gülsüm xanım da ailənin peşə ənənəsinə sadiq qalaraq, estafeti layiqincə oğullarına ötürmüşlər.

Orta təhsilini Bakıda almış, ali təhsilini isə Naxçıvan Dövlət Universitetində başa vurmuş Əkrəm elmi fəaliyyətini AMEA Naxçıvan bölməsində davam etdirərək folklorşünaslıq üzrə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adı almışdı.

Əkrəm Hüseynzadə Dil, Ədəbiyyat, İncəsənət İnstitutunun folklorşünaslıq şöbəsində elmi işçi kimi çalışdığı dövrdə qrant layihəsi üzrə Naxçıvan və Qərbi Azərbaycan folkloru haqqında dəyərli araşdırmalar aparmışdır. Onun bu tədqiqatlarının nəticələri respublikamızda, Türkiyədə və Rusiyada dərc edilərək müəllifinə nüfuz qazandırmışdır. Uğurlu fəaliyyəti nəticəsində gənc alim folklorşünaslıq şöbəsinin müdiri və daha sonra AMEA Naxçıvan bölməsinin elmi katibi vəzifəsinə irəli çəkilmişdir.

Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ulu öndər Heydər Əliyevin Naxçıvanın qədim və zəngin tarixi, dövlətçilik ənənələri, sərvətləri, abidələri və folklorunun öyrənilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin gerçəkləşdirilməsində Naxçıvan Dövlət Universitetinin sabiq rektoru, akademik İsa Həbibbəyli və AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin təşkilatçılığı ilə aparılan genişmiqyaslı tədqiqatlarda Əkrəm Hüseynzadə də təşəbbüs və işgüzarlıqla iştirak etmişdir. Onun fəal iştirakı ilə bölgələrdən folklor materialları toplanaraq “Naxçıvan folkloru”, “Naxçıvan folklor Antologiyası”, “Naxçıvan folklor atlası”, “Uşaq folkloru”, “Naxçıvan folklor mətnlərində yaşayan tarix” və digər dəyərli əsərlər yazılmış, silsilə kitablar çap etdilmişdir.

320 xəritə, 100-ə yaxın fotoşəkildən ibarət 2 hissəlik “Dədə Qorqud yurdu – Naxçıvan” kitabı tarixi-coğrafi və etnoqrafik atlas kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunaraq, dünya səviyyəsində qiymətli və dəyərli mənbə kimi yayılmışdır.

Naxçıvanda Nuh peyğəmbərin məzarı, Əshabi-Kəhf mağarası, Əlincə qalası, Çalxanqala, Gəmiqaya, Haçadağ kimi təbiət və tarix abidələri, bu torpaqda min illərlə Oğuz-türk əhalinin yaşaması və arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət sənədləri də daxil olmaqla, Naxçıvanın 5 min illik tarixinin dünya elminə təqdim edilməsində Əkrəm Hüseynzadənin 2016-cı ildə “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Naxçıvan folklor mətnlərində yaşayan tarix” əsəri də önəmli mənbələrdən biri sayılır.

Bu əsərdə Nuhun tufanı ilə bağlı Naxçıvan əfsanə və rəvayətlərinin Şumer əfsanələri ilə üst-üstə düşməsi, Dədə Qorqud dastanında və “Oğuznamə”də “Kanqlı”, “Qanqlı”, Qanlı” kimi təsvir olunan adların qədim şumerlerin özlərini “Kəngər” adlandırmaları ilə birbaşa əlaqəli olması əsaslandırılmışdır. Naxçıvan folklor mətnlərində adı keçən Nəhəcir, Nehrəm, Nəsirvaz toponimləri Nuh peyğəmbərin adı ilə bağlılığı, Naxçıvan toponiminin də “Nuhçıxan” sözü ilə sıx əlaqəli olduğu bu əsərdə təsdiqini tapmışdır.

Əkrəmin həmin monoqrafiyasının redaktoru, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, rəyçiləri – tanınmış folklorşünas mərhum Rafiq Babayev, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlının əsərə verdikləri yüksək qiymət atası, professor Rüfət Hüseynzadənin kitabda yazdığı “Ön söz”də əhatəli dəyər almışdır.

Babası Lətif Hüseynzadəyə 105 il ömür yaşamaqda nəvə sevgisi də güc vermişdi. O, Əkrəmlə nəfəs almış, onunla fəxr etmiş və birgə yaradıcılıq işləri də aparmışdılar. Lətif Hüseynzadə ömrünün son illərində “Əkrəm sizə əmanətimdir” - söyləyib doluxsunurmuş...

Simasında daim gülüş sayrışan, yazıb-yaratmaqdan doymayan, ictimai-siyasi sahədə də fəal və məsuliyyətli olan Əkrəm Hüseynzadə ötən il oktyabrın 8-də Naxçıvan xəstəxanasında bu dünyada təmasda olduğu sonuncu adam kimi atası Rüfətin üzünə gülümsəyərək dünyasını dəyişdi. İşıqlı xatirəsi onu tanıyanların qəlbinə köçdü, əsərləri daim yaşadacaq, yarımçıq qalmış istəklərinə qapı açacaq.

Rauf CƏFƏROV,
Bakı Dövlət Universitetinin professoru, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri