Zelenski: Ukrayna bu gün tərəfdaşlarla müharibənin başa çatması ilə bağlı ən çətin məsələləri müzakirə edəcək
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ukrayna ilə ABŞ arasında son iki gündə aparılan danışıqların 3-cü sessiyası keçiriləcək.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
“Bu gün Rustəm Umerov mənə Ukraynanın Fransadakı danışıqlar heyətinin işi barədə hesabat təqdim edib. ABŞ Prezidentinin nümayəndələri ilə daha bir danışıqlar baş tutacaq ki, bu da son iki gün ərzində üçüncü belə sessiya olacaq. Biz xüsusilə müharibənin başa çatması ilə bağlı əsas çərçivə üzrə ən çətin məsələlərin - Zaporojye Atom Elektrik Stansiyası və ərazilər barədə fikir mübadiləsi aparılmasını gözləyirik”, - Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Ukraynanı bugünkü görüşdə Rustem Umerov, Andrey Qnatov, Kiril Budanov, Sergey Kislitsiya, David Araxamiya və Aleksandr Bevz təmsil edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 07 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















