Icma.az
close
up
RU
Nura Nur​un seçilmiş şeirləri

Nura Nur​un seçilmiş şeirləri

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədəbiyyat insanın hiss və düşüncələrini ən incə çalarları ilə ifadə edən sehrli bir aləmdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, qələmə aldığı şeirləri ilə oxucuların qəlbinə yol tapan Nura Nur da sözün gücünə, poeziyanın işığına inanan yaradıcı qələm sahiblərindən biridir. Onun şeirlərində ədalət axtarışı, insan taleyinə toxunan dərdlər, təkliyə üsyan, eyni zamanda ümid, sevgi və həyat eşqi öz əksini tapır.

Metbuat.az Nura Nurun seçilmiş şeirlərindən bir neçəsini təqdim edir:

"Ədalət"

Ədalət istəyir qoca dünyadan,
Dərdinə dərmanı tapsın haradan?
Zəifin ümidi gözündə solur,
Şərə göz yumduqca ürək yorulur.

Sükut danışanda lal olur sözlər,
Halından anlamır qaranlıq üzlər.
Düz deyən əyilir, sonda tək qalır,
Bir-bir haqsızlığı yadına salır.

Zəhmətlə dolmaz ki, ədalət çəni,
Haqsız çıxararlar haqlı bəndəni.
Əyri düz adıyla hörmət qazanar,
Haqqın dəyirmanı tərsə fırlanar.

Qanun tərəzisi yanılar bəzən,
Kasıbdır zalımın zülmünə dözən.
Zəncirə vurular azadlıq özü,
Tutular qulağı, bağlanar gözü.

Ədalət desələr – bir quru daşdır,
Torpağı buz olan məzara başdır.
Nəhəng kainatda yoxdur həqiqət,
Yıxılıb, büdrəyib görərsən əlbət…

"Olsa"

Yol gedərsən, əgər yolçu
Bu dünyanın mərdi olsa.
Yorulmazsan sən bu yolda,
Lap yolların sərti olsa.

Qəlbdə arzu tutacaqsan,
Ömrə ömür qatacaqsan.
İstəyinə çatacaqsan,
Həyatın min şərti olsa.

Unudacaqsan hər şeyi,
Unudacaqsan yer, göyü.
Nə ağır olur çəkməyi,
Dərdin ana dərdi olsa.

Çətin işdir

Yol getmədim yol azanla,
Ayaq altını qazanla.
Milyon dəfə uduzanla
Yarışmağım çətin işdir.

Ortalığı qatanlarla,
Ömrü boyu yatanlarla,
Vicdanını satanlarla
Savaşmağım çətin işdir.

Öyrəşmədim mən şərtlərə,
Birtəhər dözdüm dərdlərə.
Yolun azmış, namərdlərə
Qarışmağım çətin işdir.

Mənə təsir etməz kimsə,
Mənim kimi eşq mənimsə.
Xəyanətkardan küsdümsə,
Barışmağım çətin işdir.

Bir kəsim gəlmir

Mən özüm-özümə hey danışıram,
Duymayanlar deyir, heç səsim gəlmir.
Elə küsmüşəm ki, dostla, tanışla
Bir kəlmə kəsməyə həvəsim gəlmir.

Bir vaxlar kiminsə sözü olmuşam,
Bu dünyanı görən gözü olmuşam.
Mən təkliyin elə özü olmuşam,
İndi yaxınıma bir kəsim gəlmir.

Bir otaq küncündə sıxılıram mən,
Üstümə dərd gəlir, yıxılıram mən.
Əlacsız qalmışam, boğuluram mən,
Mən necə qışqırım, nəfəsim gəlmir.

"Məni bu payıza tapşırıb getmə"

Burada aramsız yağır yağışlar,
Məni bu payıza tapşırıb getmə.
Məni təkliyimə de kim bağışlar?
Məni bu payıza tapşırıb getmə.

Nə qədər mən qəlbi daşa dözərəm,
Yaş üstə gələcək yaşa dözərəm.
Mən yaza dözərəm, qışa dözərəm,
Məni payıza tapşırıb getmə.

Ürəyim gedəni daim soraqlar,
Bu payız necədir, görən, uzaqlar.
Düşüb ayaq altda qalır yarpaqlar,
Məni bu payıza tapşırıb getmə.

Hərə vərəq üstündə sözüm üşüyər,
Yerisəm, addımım, izim üşüyər.
Yoluna baxacaq gözüm üşüyər,
Məni bu payıza tapşırıb getmə.

Nura Nur
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri