Icma.az
close
up
RU
“ “Ocaq başına buraxmamaq” deyimi ilə ifadə etsək, mən Ermənistanla bu siyasətin tərəfdarı deyiləm...”

“ “Ocaq başına buraxmamaq” deyimi ilə ifadə etsək, mən Ermənistanla bu siyasətin tərəfdarı deyiləm...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də xanımlarının birlikdə iştirak etməsi, Türkiyə rəhbərinin də xanımı ilə birgə bu prosesə qoşularaq görüntülənməsi – bunların hamısı müəyyən mesajlardır...”

Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Çində Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək və Tükiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə yetərincə mehriban görüşdü, Çin liderinə artıq iki ölkə arasında sülh yarandığını bildirdi. Bundan əlavə, Azərbaycan və Türkiyənin birinci xanımları Ermənistanın birinci xanımı ilə birgə gəzintiyə çıxdılar, xoş münasibət  nümayiş etdirən görüntülər paylaşdılar.  Görəsən, bu fonda Azərbaycan-Ermənistan Yekun Sülh sazişinin tezliklə imzalanacağına ümid etmək olarmı, yoxsa?..

Azad Vətən Partiyasının sədri Akif Nağı mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri, eləcə də xanımlarının birlikdə iştirak etməsi, Türkiyə rəhbərinin də xanımı ilə birgə bu prosesə qoşularaq görüntülənməsi – bunların hamısı müəyyən mesajlardır. Bu görüntülərin arxasında real proseslərin dayanıb-dayanmadığı isə hələ dəqiqləşməyib. Bunu söyləmək həm çətindir, həm də asan... Çünki Ermənistan daim öz mövqeyindən yayınıb. Xarici mərkəzlərdən gələn hansısa sifarişləri yerinə yetirməkdə maraqlı olub. Rusiya yönümlü proseslərdə gördük ki, Ermənistan bu ölkəyə kifayət qədər yaxınlıq nümayiş etdirirdi. İndi də uyğun situasiyalarda istər Rusiyadan, istərsə də Avropadan gələn sifarişləri icra edə bilərlər. Paşinyan və komandası sanki hələ də bir sıra dairələrin aləti rolunda qalmaqda davam edirlər.

Bununla belə, hazırda görünən odur ki, Paşinyan Azərbaycan və Türkiyənin müəyyən etdiyi yol xəritəsi üzrə hərəkət edir və münasibətlər müəyyən qədər müsbət məcraya yönəlməkdədir.

Amma mən bir məqamı xüsusi qeyd etmək istəyirəm: Ermənistanla bu qədər yaxın münasibətlərin qurulması doğru yanaşma deyil. Onlarla daim müəyyən məsafə saxlanılmalıdır. Ermənilərə qarşı “xoş münasibət” göstərərək onların əsil niyyətlərini və zərərli xüsusiyyətlərini, məkrli niyyətlərini birdəfəlik aradan qaldırmaq heç vaxt mümkün olmayıb.

Son 100 ildən artıq bir müddətdə dəfələrlə tərəfimizdən  cəhd olunub ki, Ermənistanla mehriban münasibətlər qurulsun. Türkiyə isə fasilə vermədən bu istiqamətdə təşəbbüslərlə çıxış edib. Lakin bütün bu cəhdlər nəticə verməyib. Biz Türkiyədə müəyyən tədbirlərdə iştirak edəndə, çıxış edəndə hiss edirdik ki, onlar yenə də erməniləri xoş münasibətlə yola gətirməyə çalışırlar. Halbuki onları xoş münasibətlə yola gətirmək mümkün deyil... Ermənistan yalnız güc gördükdən sonra razılaşmalara gəlir və münasibətləri normallaşdırmağa meyilli olur. Azərbaycanın döyüş meydanında nümayiş etdirdiyi hərbi güc və qətiyyəti gördükdən sonra onlar münasibətləri normallaşdırmağa, sülh prosesi aparmağa razı oldular. Bu səbəbdən də biz gərək hər zaman ayıq olaq və ermənilərə həddən artıq yaxınlıq göstərməkdən çəkinək. “Ocaq başına buraxmamaq” deyimi ilə ifadə etsək, mən bu siyasətin tərəfdarı deyiləm, Ermənistanla münasibətlərdə daim məsafə saxlanmalıdır. Onlara heç vaxt tam etibar etmək olmaz. Tarix göstərib ki, Ermənistan verdiyi heç bir vədə sadiq qalmayıb…

Sülh prosesi ilə bağlı məsələyə gəlincə isə, hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətsiz hala salınması Azərbaycanın diplomatik uğurlarından biridir. Məlumdur ki, Azərbaycanın sülh gündəliyində yer alan əsas məsələlərdən biri də məhz Minsk Qrupunun ləğvi idi və bu artıq reallaşıb…

Bununla yanaşı, sülh müqaviləsinin imzalanması üçün bir sıra məsələlər, xüsusilə Ermənistan tərəfindən konstitusiya dəyişiklikləri də zəruri görünür. Mənim qənaətimə görə, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması real görünmür. Düzdü, Vaşinqtonda saziş paraflanıbdır və bu o deməkdir ki, ciddi addım atılıbdır... 

Amma nəzərə alaq ki, gələn il Ermənistanda parlament seçkiləridir. Bəs seçkilərlə paralel konstitusiyada dəyişiklik üçün referendum da keçirilə biləcəkmi? Ehtimal etmək olar ki, Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanmasını növbəti seçkilərdən sonraya saxlamaq niyyətindədir. Çünki referendum, ictimai müzakirələr diqqəti seçkilərdən yayındıracaq. Ona görə də inandırıcı deyil ki, seçkilərə qədər Ermənistan Azərbaycanla Sülh Sazişini imzalaya bilsin... 

Böyük ehtimalla seçkilərə qədər bu istiqamətdə müəyyən proseslər gedəcək, həm konstitusiya, həm də Sülh Sazişi ilə bağlı bəzi açıqlamalar veriləcək.  Odur ki, hesab edirəm ki, sülh müqaviləsi yalnız Ermənistanda parlament seçkilərindən sonra gündəmə gələ bilər...

Hər halda bu münasibətlər bir xoş, müsbət ab-hava, dialoq mühitinin yaradılmasından xəbər verir. Biz də istərdik ki, bu davamlı olsun. Lakin bir daha təkrar edirəm: Ermənistanla münasibətlərdə ehtiyatlı olmaq və onlara həddən artıq güvənməmək lazımdır...”

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri