Odun parçası ilə 85 yaşlı anasını qətlə yetirən şəxsə HÖKM OXUNDU Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Qubada odun parçası ilə 85 yaşlı anasını döyərək qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanova hökm oxunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə prosesi başa çatıb.
Hökmə əsasən, o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Quba rayonunun Bağbanlar kəndində qeydə alınıb.
İttihama görə, 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanov spirtli içki təsiri altında anası,1938-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə zərbələr vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Noyabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















