Icma.az
close
up
RU
Oğurluğa gedib adam öldürən Hüseyn Cəfərovun MƏHKƏMƏSİ

Oğurluğa gedib adam öldürən Hüseyn Cəfərovun MƏHKƏMƏSİ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə bıçaqlayaraq ölümə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən H.Cəfərovun vəkilinin vəsatəti ilə davam edib. O, vəsatətində hadisə günü H.Cəfərovla birlikdə olan Özal Orduxanlının məhkəməyə gətirilərək, ifadə verməsini istəyib. Məhkəmə tərkibi bildirib ki, dəfələrlə sözügedən şəxsə çağırış göndərilməsinə, haqqında məcburi gətirilmə qərarı olmasına baxmayaraq onun məhkəmədə iştirakının təmin olunması mümkün olmayıb.

Məhkəmə Özal Orduxanlının ilkin istintaq zamanı alınan ifadəsinin elan olunmasına qərar verib. H.Cəfərovun vəkili ədalətli məhkəmə araşdırması baxımından bu qərarı doğru hesab etmədiyini bildirərək, etiraz edib. Məhkəmə etiraza baxılmamış saxlanılmasını bildirərək Ö. Orduxanlının ifadəsini elan edib:

"Mən mobil telefon və avadanlıqlarının satışı ilə məşğul olmuşam. Maddi durumum çox çətin idi. Qohumum Əhməd xarici ölkələrdən texniki, mobil avadanlıqlar gətirirdi.Öyrənmişdim ki, həmin avadanlıqları evinin qarajında saxlayır. Bir neçə gün evi gözətləyib müşahidə etdim. Həmin dövrdə o evdə təmir işləri gedirdi.

Hadisə günü Hüseynlə zəngləşib görüşdük. Taksi ilə Əhmədin evinin qarşısına gəldik. Hava qaralmışdı. Ətrafa xeyli baxıb kimsənin olmadığına əmin olduqdan sonra həyətə daxil olub qaraja doğru hərəkət etməyə başladıq. İçəri əvvəlcə mən, sonra Hüseyn girdi. Heç nə tapa bilmədik.

Qarajdan çıxıb getmək istəyirdik ki, elə bu vaxt bir kişi qışqırdı. Qaçmağa başladım. Həmin gün - noyabrın 19-u - ad günüm idi. Özümü evə çatdırdım, gördüm evdə qonaqlarımız toplaşıb. Hüseynə zəng etsəm də, götürmədi. Sonra Hüseynlə görüşəndə dedi ki, evdən qaçanda onu yaxalayan adamla əlbəyaxa olublar. Onun əlindəki bıçağı almaq istəyəndə bıçaq ona dəyib.

Sonra ikilikdə qərara gəldik ki, bu barədə susub heç yerdə danışmayaq. Bir gün bir məclisdə sərxoş olub fərqində olmadan o hadisəni ətrafımdakılara danışdım. Bundan sonra Natiqin şantajlarına məruz qaldım, susması üçün məndən pul qoparmağa başladı. Hadisə nəticəsində ölən Hənifə Namiqi əvvəllər tanımırdım".

Sonra təqsirləndirilən Hüseyn Cəfərov dövlət ittihamçısının suallarına cavab verib. O bildirib ki, Özal və Elnurla birlikdə oğurluq məqsədi ilə Əhmədin evinə gediblər:

"Oğurluq ideyası Özalın idi. Qərara almışdıq ki, oğurladıqlarımızı satıb əldə etdiyimiz qazancı aramızda bölək. Ora gedəndə üzərimizdə kəsici, deşici heç bir alət olmayıb. Hadisə vaxtı kimisə vurmamışam. Hadisədən sonra doğulduğum Naxçıvana gedib 15-20 gün orada qaldım".

Növbəti proses iyunun 16-sı saat 15:00-a təyin olunub.

Xatırladaq ki, Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 12 il əvvəl, 2014-cü il  noyabrın 19-da 49 yaşlı Hənifə Namiqin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, keçirilən tədbirlərlə 36 yaşlı Azərbaycan vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.  

Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri