Icma.az
close
up
RU
Öhdəlikdən qaçanlar və boykot spekulyasiyaları

Öhdəlikdən qaçanlar və boykot spekulyasiyaları

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdəki bəzi paylaşımlarda belə bir fikir aşılanır: Qərb liderləri COP29-u boykot edib. Hətta daha da irəli gedənlər belə bir yanlış "fakt" açıqlayıb: "Böyük 20-lik üzvü olan ölkələrdən təkcə qardaş Türkiyə və Böyük Britaniya iştirak edib".

Təbii ki, həmin formatda təmsil olunan ölkələrin nümayəndə heyətləri vardı. Birinci şəxslərə gəlincə, təkcə Böyük Britaniya və Türkiyə yox, başqa dövlətlərin də başçıları vardı. İtaliyanın baş naziri Meloni də COP29-a gəlmişdi. Rusiya da yüksək səviyyədə - baş nazir Mixail Mişustinlə təmsil olundu.

ABŞ-a gəlincə, COP29 bu ölkədə seçkilərlə üst-üstə düşdü. Orada hazırda hakimiyyətin təhvil-təslim prosesi başlayıb. Vitse-prezident seçkini uduzmuş keçmiş namizəddir. COP konfranslarına, adətən, dövlət katibi qatılır. Blinken də vəzifəsinin son aylarını yaşayır. Yəni hətta Bayden özü də COP-a gəlmiş olsaydı belə, onun iştirakı nominal, formal xarakter daşıyacaqdı. Çünki artıq nə Bayden prezident kimi prezidentdir, nə Harris vitse-prezident kimi vitse-prezidentdir, nə də Blinken dövlət katibi kimi dövlət katibidir. Üstəlik yeni seçilmiş Donald Tramp qlobal istiləşməyə dair dünyanın sahə üzrə ən mötəbər, nüfuzlu alimlərinin 97 faizinin vahid rəyinə inanmadığını deyir və ABŞ-ı Paris iqlim sazişindən çıxaracağı gözlənilir.

Almaniya desək, orda hökumət koalisiyası çökdü; kansler Olaf Şolts hakimiyyətini faktik itirmiş vəziyyətdədir. Fransa prezidenti Emmanuel Makrona gəlincə, onunla bağlı məsələ aydındır: Ermənistanı bizə qarşı silahlandırmaqla və müharibəyə hazırlamaqla məşğuldur. Eləcə də, Hindistan, həmçinin seçkilərdə darmadağın edilmiş həmin o Bayden Administrasiyası. Kanada da həmçinin.

Burada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri də rol oynayır; adlarını çəkdiyimiz ölkələrin Türkiyəyə rəqib münasibəti bir çox hallarda özünü müxtəlif platformalarda göstərir. Braziliya prezidendi de Silva isə heç BRİCS sammitinə gələ bilməmişdi; ayağından zədə alıb, uzun uçuşları həkimlər ona qadağan edib. Avropa İttifaqına gəlincə, bu qurum Aİ Şurasının prezidenti səviyyəsində təmsil olundu. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də bu postda, obrazlı desək, son günlərini yaşayır.

"COP29 boykot edildi" deyərək, şadyanalıq edənlər də anlamayıb ki, bu, Azərbaycanın deyil, BMT-nin konfransıdır. Kim bu konfransı boykot edirsə, deməli, BMT-ni, bu təşkilatın üzvü olan 200-ə yaxın dövləti boykot və iqnor edir. Başqa sözlə, özü özünü boykot edir. Üstəlik bir həqiqət də var: COP29 özündən əvvəlki COP28-dən fərqlənir. Bu, əsasən maliyyə məqsədli konfransdır; inkişaf etmiş dövlətlər inkişafda olan ölkələrə, o cümlədən və xüsusilə, kiçik ada dövlətlərinə maliyyə yardımı ayırmaq barədə qərar verməlidirlər. BMT baş katibi Antonio Qutterişin açıqladığı rəqəmlər hər şeyi deyir: atmosferə atılan karbon, metan qazlarının 80 faizi dünyanın 20 inkişaf etmiş ölkəsinin payına düşür. Dünyada 244 dövlət və ərazi var. Bu 20 ölkə həmin ümumi sayın 8,1 faizi civarındadır. Deməli, qalan 124 ölkə və ərazi həmin 20 dövlətdəki sənayeləşmədən əziyyət çəkir. Bu birinci 20-liyin liderlərinin əksəriyyəti də, əslində məhz maliyyə öhdəliyindən qaçmağa çalışır. Qlobal iqlimə vurduqları zərərin əvəzini ödəmək istəmirlər. Yoxsa İndoneziya, yaxud elə Çin, Yaponiya özü niyə birinci şəxslər səviyyəsində təmsil olunmasın ki?! Çin, Yaponiya, İndoneziya kimi ölkələrlə Azərbaycanın çox yaxşı münasibəti var. Cənubi Afrika Respublikası ilə, Rusiya ilə, başqaları ilə də həmçinin. İnkişaf etməkdə olan ölkələrin iqlim adaptasiyası üçün yaxın bir neçə ildə ümumilikdə 6 trilyon ABŞ dolları tələb olunur. Bu konfrans 1 trilyon dollarlıq bir hədəf qoymuşdu. 2030-cu ilə qədər ətraf mühitin qorunmasına, fosil enerji növlərindən imtina və "yaşıl enerji" layihələrinə keçid nəzərdə tutulur. Ölkə neft çıxarıb satırsa, deməli, bunu alan var. Həm də bir çox ölkələrin iqtisadiyyatında neft-qaz hasilatı və ixracı mühüm yer tutur. Bunlardan birdən-birə imtina edilə bilməz. Böyük sərmayə lazımdır ki, ölkələr ənənəvi enerji mənbələrindən "yaşıl" enerjiyə keçid eləsin. Azərbaycanda il boyu 250 günəşli gün var. Soyuq aylar isə çox küləklidir. "Yaşıl"enerji istehsalı üçün nəhəng potensial var. Eləcə də, Qazaxıstanın və sair. Bu ölkələr birdən-birə neft-qaz sənayesindən imtina edə bilməz ki. Böyük dəyişim lazımdır. Bu da nəhəng məbləğlərdə maliyyə resursları tələb edir. Üstəlik atmosferin çirklənməsində fosil enerji qaynaqlarının payı elə də çox deyil. Əsas çirkləndirmə mənbələri inkişaf etmiş ölkələrdəki sənaye sahələridir. "Yaşıl" enerjiyə keçiddə də inkişaf etməkdə olan ölkələrin payı çoxdur. İnkişaf etmiş ölkələrin çoxunda günəşli günlərin sayı azdır. Çoxunda soyuq havalar uzun çəkir.

Beləliklə, məsələyə hansı tərəfdən yanaşırsan-yanaş, qlobal transformasiyaya sərmayə qoyuluşu inkişaf etmiş ölkələrin üzərinə düşür. O ölkələr isə hələ ki bu öhdəlikdən yayınırlar. Ona görə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Kanadanın, Hindistanın baş nazirlərinin, yaxud Çin Xalq Respublikasının sədrinin COP29-a gəlməməsinin səbəbini Azərbaycanda axtarmaq, Azərbaycandan soruşmaq, yumşaq desək, qəribədir. Azərbaycan qonaq dəvət edən, qəbul edən tərəfdir. Qonağın gəlməməsinin səbəbini qonağın özündən soruşmaq lazımdır. Başqa sözlə, bu sualı həmin böyük dövlətlərin rəhbərlərinə vermək lazımdır: bəşəriyyəti niyə xilas etmək istəmirsiniz? Niyə üzərinizə düşən öhdəlikdən qaçırsınız?

Yoxsa, insan hüquqları-filan, bunlar o dövlətlər üçün, xüsusilə, belə qlobal məsələlər fonunda heç ikinci yerdə də deyil.

Yaxşı, tutaq ki, ABŞ, yaxud Fransa (haqqı olmadığı halda) söhbəti "siyasi məhbus" və sair mövzulara çəkir. Eləcə də, bəzi başqa ölkələr. Bəs Rusiya? Çin, Hindistan, yaxud Argentina?! Bir dəfə görüb-eşitmisiniz ki, bu dövlətlər Azərbaycanda hansısa məhbusu "siyasi" elan etsin, azad etməyə çağırsın?! Yox. Olmayıb belə bir şey. Deməli, məsələ Azərbaycanın daxili siyasəti ilə bağlı deyil. Ümumiyyətlə, Azərbaycanla bağlı deyil. Avropa Komissiyasının sədri 2022-ci ildə Azərbaycanla əlavə qaz sazişi imzalayanda həmin o "siyasi məhbus" siyahılarından xəbəri yox idi?! Əlbəttə, var idi. O cür siyahıları tutanları elə özləri maliyyələşdirir, Azərbaycanın içərisində "siyasi mina" kimi basdırıb saxlayır. Ona görə də tam, müfəssəl bilirdi ki, müxalifətin siyahısında neçə nəfərin adı "siyasi məhbus" kimi keçir (üstəlik, mənim fikrimcə, məsələni "siyasi məhbus" kimi deyil, "günahsız məhbus" kimi qoymaq lazımdır; günahı olmayan məhbus varsa, onun siyasətçi olub-olmaması fərq etmir).

Bilirsiniz ki, beynəlxalq siyasətdə hər şey maraqlar üzərində qurulub və həmin maraqlara görə "insan haqları", "demokratiya" kimi dəyərlərlə manipulyasiya edilir. Milli hökumətlər müstəqil siyasət yürüdəndə, həmin o "siyasi minalar" uzaqdan komanda ilə "partladılır". Nümunəsi: Gürcüstanda baş verənlərdir. Prezidentli müxalifət, qrant müxalifəti küçə və meydanlarda kimin marağı üçün qışqırır? Gürcüstanın? Yox. Məsafdən komandanların.

Ona görə də mahiyyətə baxılırsa, hansısa dövlət başçılarının COP-a gəlməməsinin insan haqları, demokratiya mövzuları ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Bunlar, sadəcə, bəhanə ola bilər. İnsana qiymət verən olsaydılar, Ukrayna kimi az qala 50 milyonluq mədəni bir cəmiyyəti Rusiya hərb maşınının təkərləri altına atıb, qırağa çəkilməzdilər. Bu gün Dünyanın müxtəlif bölgələrində, Sakit okeandakı ada dövlətlərində bütöv xalqlar su altında qalıb, məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bütöv xalqları ölümdən xilas etmək istəməyən, buna görə COP meydanından qaçan siyasətçiləri hansısa ölkədə həbsdə olan 3-5 bloger, yaxud siyasi fəal maraqlandıracaq?! Xeyr! Ötən il Dubayda COP28 keçirildi. O Qərb liderləri bəs Birləşmiş Əmirliklərə niyə gəlmişdi?! Heç demokratiya-filan yada düşmürdü.

Bəli, Dünya siz təsəvvür etdiyinizdən də ədalətsizdir. Bunu COP29 konfransı da göstərir. Allah yer üzünə 104 müqəddəs kitab göndəribsə, bəşəriyyət o kitablardan yalnız bir neçəsini - İncili, Tövratı, Zəburu, Quranı az-çox diqqətlə oxuyub. Bu kitabların hamısında yazılır: varlı olan yoxsul olana əl tutmalıdır, kömək etməlidir, bir sözlə, yanında olmalıdır.

Əslində bu gün hamının - bütün bəşəriyyətin, xüsusilə, inkişaf etməkdə olan ölkələrin dar günüdür. Bəs hanı o varlı demokratlar?! İnsan haqqı-filan deyirdilər, hanı onlar?!

COP ötən il təkcə Birləşmiş Ərəb Əmirliklərinə, bu il Azərbaycana, yaxud gələn il Braziliyaya lazım deyil. Bu, bütün insanlığa lazımdır. İnsanlıqdan xəbəri olanlar insanların yanındadır. Qalanlar isə... Nə isə!

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri