Icma.az
close
up
RU
Okeanda ABŞ və Rusiya arasında toqquşma risqi Rusiya neft tankerini qorumaq üçün hərbi gəmilər göndərib

Okeanda ABŞ və Rusiya arasında toqquşma risqi Rusiya neft tankerini qorumaq üçün hərbi gəmilər göndərib

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Rusiyanın “kölgə donanması”na qarşı real addımlar atamağa başlayıb.

“AzPolitika” xəbər verir ki, Qərb mediasının məlumatına görə, ABŞ Venesuela sahillərində görünən tankerlərə qarşı “ova çıxıb”.

"The Wall Street Journal" qəzetinin ABŞ hökumət mənbələrinə istinadla verdiyi məlumata görə, Atlantik okeanında ABŞ Sahil Mühafizəsi Rusiyaya məxsus böyük tankeri nəzarətə alaraq, izləməyə başlayıb. Rusiya isə tankerin ABŞ-nin əlinə keçməsinin qarşısını almaq üçün əraziyə sualtı qayıq və digər hərbi gəmilər göndərib.

Əvvəllər “Bella 1” kimi tanınan sözügedən tanker Venesuela limanlarına neft yükləmək üçün daxil olmağa çalışmışdı. Lakin məlum hadisələrdən sonra geri dönməli olub və hazırda boşdur. Buna baxmayaraq, ABŞ Sahil Mühafizəsi qanunsuz neft, xüsusən də Rusiya nefti daşıyan "kölgə donanması"na qarşı mübarizə məqsədilə gəmini təqib etməyə başlayıb.

Hələ dekabr ayında gəminin heyəti ABŞ hərbi qulluqçularının gəmiyə çıxmaq cəhdinin qarşısını alıb. Daha sonra tanker açıq dənizə çıxıb və gövdəsinə Rusiya bayrağı çəkib. Adını dəyişərək “Marinera” qoyub və faktiki olaraq Rusiya Federasiyasına aid olduğunu bəyan edib.

"Rusiya ABŞ-nin onun qaçaqmal neftini dünyaya daşıyan və iqtisadiyyatını gücləndirən tankerləri saxlamasından narahatdır. Buna cavab olaraq Moskva görünməmiş bir addım ataraq tankerlərdən birinin Rusiyada rəsmiləşdirmələr olmadan qeydiyyatdan keçməsinə icazə verdi", - WSJ yazır.

Qeyd edək ki, bundan öncə Rusiya rəsmən ABŞ-dən gəmini təqib etməyi dayandırmağı tələb edib. Rusiya Xarici İşlər Nazirliyi dövlət mediası vasitəsilə vəziyyəti "narahatlıqla izlədiyini” bildirib.

Avtomatik İdentifikasiya Sisteminə (AIS) görə, hazırda ABŞ Sahil Mühafizəsi Şərqi Atlantikada “Marinera” gəmisini təqib etməyə davam edir. Tanker indi İslandiyanın təxminən 480 kilometr cənubundadır və Şimal dənizinə, Rusiyanın Murmansk limanına doğru gedir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri