Icma.az
close
up
RU
Oleq Bakinski”nin ittiham olunduğu cinayət işində YENİ DETALLAR

Oleq Bakinski”nin ittiham olunduğu cinayət işində YENİ DETALLAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb.
O deyib ki, zərərçəkmiş Valeriy Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqları və hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı vaxtdan məşğul olduğunu bildirib.
Təqsirləndirilən şəxs qeyd edib ki, avadanlıqları İspaniyada həyat yoldaşının adına olan şirkət vasitəsi ilə alqı-satqı edib.
Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar alaraq başqa ölkələrə satıb. O, 2019-cü ildə Valeriy Zaxarenkova məxsus “Aviazapchast” və “Promyshlennye Postavki Kazakhstan” şirkətləri ilə müqavilələr bağlayıb.
İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ-nin sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb.
Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini soruşub. Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını desə də, hakim təqsirləndirilən şəxsdən suala cavab verməsini istəyib.Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib. Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer "mülki təyinatlı olub" cavabını verib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü soruşub.
 

Bu dəfə də Konstantin Kuçerin vəkili suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır.


Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunadək - hüquq-mühafizə orqanlarına şikayət edənə qədər Valeriy Zaxarenkovla münasibətləri normal olub:
"Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə mənimlə əlaqə saxlayıblar. Mən də onları qarşılamaq üçün hava limanına maşın göndərmişəm, Bakıda qalmaları üçün hotel rezervasiya etmişəm. Hadisə baş verən gün isə Valeriy Zaxarenkov zəng edərək Bakıda olduğunu dedikdə buna təəccübləndim. Qəfil gəlişin səbəbi mənə görüş zamanı bəlli oldu".
Konstantin Kuçer söyləyib ki, görüşdə Oleq Bakinskini Valeriy Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib. Bakinskinin “Aviazapchast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olduğunu onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını ona deməyiblər. Söhbət əsnasında Valeriy Zaxarenkov Konstantin Kuçerə deyib ki, ya pulları qaytarmalı, ya da sifarişlər üzrə malları çatdırmalıdır. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın isə 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib.
Valeriy Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında mübahisən yaşandığını da bilməyib.
Daha sonra Valeriy Zaxarenkov sərbəst ifadə verib. O deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər.
İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib:
"Buna görə də “Aviazapchast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gələrək Konstantin Kuçerlə görüşdülər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də özüm məsələni araşdırmaq üçün Bakıya gəldim, Kuçerlə görüşə getdim. Görüşdə Kuçer Oleq Bakinskini mənə özünün şəriki kimi təqdim etdi. Söhbəti onunla aparmalı olduğumu dedi".
 

Valeriy Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. O deyib ki, görüşə Valeriy Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeri Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb.
Valeriy Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib.


Bundan sonra isə stolun üstündəki su şüşələrini götürərək onun başına tərəf atıb:
"Həmin vaxt Konstantin Kuçer də su butulkalarını baş nahiyəmə tərəf tulladı. Əllərim ilə bir neçə butulkanı başıma dəyməkdən yayındırsam da, biri alnıma dəydi. Zərbənin təsirindən başım yarıldı deyə Sergey Styopin məni otaqdan çıxardı. Sonra xəstəxanaya getdim. Orada alnıma tikiş qoyuldu".
Bu zaman Oleq Bakinski Valeriy Zaxarenkovu yalan danışmaqda yenə ittiham edib. O bildirib ki, ofisdə görüş zamanı Valeri Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib.
O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb.
Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Şahid bildirib ki, məlum görüş çox qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeriy Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər. Məhkəmənin sonunda zərərçəkən və şahid tərəflərin suallarını cavablandırıblar.
 

İttihama görə, zərərçəkən kimi tanınan V.Zaxarenkovun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı V.Zaxarenkov vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.


Oleq Bakinski, K.Kuçer və V.Zaxarenkov məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkova xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.
Cinayət işi üzrə V.Zaxarenkov zərərçəkmiş kimi tanınıb.
Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir. O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. O, Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar. Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Fevral 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri