Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Ölkəmizin təhlükəsizlik üçün yaratdığı mesencerin istifadəçi sayı nə qədərdir?

Ölkəmizin təhlükəsizlik üçün yaratdığı mesencerin istifadəçi sayı nə qədərdir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq bir müddətdir dövlətlər öz milli mesencerlərini yaratmaqla məşğuldurlar. Belə ki, Qazaxıstanda dövlət xidməti, işgüzar yazışmalar və xidmət məlumatlarının paylaşılması zamanı rəsmi ünsiyyət üçün milli mesencer "Aitu" üstün tutulur. Rusiya hökuməti də dövlətin dəstəklədiyi "Max" mesencerinin sentyabrın 1-dən etibarən ölkədə satılan bütün mobil telefon və planşetlər də daxil olmaqla qadcetlərdə məcburi şəkildə əvvəlcədən quraşdırılmış tətbiqlər siyahısına daxil ediləcəyini söyləyib.

Həmçinin Türkiyədə milli sosial media kimi "NEXT Social" platformasından istifadə edilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin platformaya qoşulub.

Azərbaycan bu tendensiyaya İkinci Qarabağ müharibəsi ərəfəsində qoşulub. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının istifadəsinə verilən "TİMS" mesajlaşma tətbiqi "WhatsApp" kimi tətbiqlərə tam alternativ lokal serverlər üzərində qurulmuş, təhlükəsizliyi gücləndirilmiş bir həldir.

Bu barədə Oxu.Az-a müsahibəsində XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov məlumat verib.

Onunla müsahibəni təqdim edirik:

- Qazaxıstan, Türkiyə, Rusiya və bəzi başqa ölkələr özlərinin mesencerlərini yaradıblar. Maraqlıdır, ölkələrin ardıcıl olaraq öz milli mesencerlərini yaratma tendensiyasına qoşulması hansı zərurətdən meydana gəlir?

- Bildiyiniz kimi son ildə bir sıra ölkələrarası münaqişələr diqqət mərkəzində olub və belə həssas dönəmlərdə tətbiq edilən bir sıra məhdudiyyətlər, yayılan xəbərlər xüsusi diqqət çəkib. Bunlara "WhatsApp" tətbiqinin geniş istifadə olunmasının informasiya təhlükəsizliyinə ciddi risklər yaratması ilə bağlı müxtəlif ölkələrin verdiyi əhəmiyyətli bəyanatları nümunə göstərmək olar. Belə ki, bu il ABŞ Nümayəndələr Palatasının administrasiyası Konqres əməkdaşlarına iş yerinə bağlı cihazlarda "WhatsApp" mesajlaşma proqramından istifadə etməyi qadağan edib. Həmçinin sonuncu İran-İsrail münaqişəsi zamanı İsrailin Ümumi Təhlükəsizlik Xidməti də ölkə nazirlərinə "WhatsApp" tətbiqindən istifadəni qadağan edib, İran hökuməti isə öz növbəsində bu ilin iyun ayında ölkə vətəndaşlarına rəsmi xəbərdarlıq edərək "WhatsApp"ın telefonlardan silinməsini tövsiyə edib.

Eyni zamanda, Rusiya hökuməti "WhatsApp"ın tezliklə dayandırılmalı olduğunu bildirərək, 2025-ci ilin sentyabr ayından etibarən Rusiyada satılan hər yeni cihaza hökumət xidmətləri ilə inteqrasiya olunmuş yerli "Max" mesajlaşma tətbiqinin quraşdırılmasının nəzərdə tutulduğunu bəyan edib. "WhatsApp" tətbiqində olan boşluqlar barədə, hətta "Meta" şirkəti 2024-cü ilin mart ayında "WhatsApp"ın təhlükəsizlik bölməsində öz işçiləri üçün xəbərdarlıq yayıb. Xəbərdarlıqda deyilir ki, tətbiqin güclü şifrləmə imkanlarına baxmayaraq, "WhatsApp" istifadəçiləri bəzi hökumətlər tərəfindən izlənilə bilir. Belə ki, izləmə vaxtı istifadəçilərin kimlərlə yazışması, hansı qruplarda yer alması və hətta cari yerləri barədə məlumatları əldə etmək mümkün olur.

Bir az öncə qeyd etdiklərimdən də aydın görünür ki, sözügedən təhlükələr dövlətləri belə addım atmağa və təhlükəsiz kommunikasiya vasitələrini hansısa üçüncü tərəfin əlinə, iradəsinə verməmək üçün öz kommunikasiya vasitələrini yaratmaq məcburiyyətində qalırlar. Bu qərar ölkələrin ən azından dövlət müəssisələrinin təhlükəsiz kommunikasiyası üçün çox vacib və zəruri addımlardan biridir. Bilirsiniz ki, bu kimi mesajlaşma tətbiqləri sadəcə yazı və səs mübadiləsi üçün deyil, eləcə də sənədlərin mübadiləsi üçün aktiv istifadə oluna bilir. Eyni zamanda, hədəflənmiş reklamlar üçün reklam agentliklərinə metadatalar satan bir sıra mesajlaşma tətbiqləri insanları istər istifadə etdikləri söz bazaları, istər səs bazaları, istərsə də geolokasiyaların uyğun daima izləməkdə, onları profilləşdirməkdə maraqlı olur. Belə izlənmə nümunələrini son illərdə beynəlxalq səviyyədə qalmaqala çevrilmiş bir çox hadisələrdə və ya adicə istifadə etdiyimiz söz və yazılara uyğun reklamların qarşımıza çıxması ilə də müşahidə edə bilərik.

- Sözügedən ölkələrin Azərbaycanla qonşu və dost ölkə olduğunu nəzərə alsaq, Azərbaycan da öz mesencerini yarada bilərmi?

- Azərbaycan öz mesencerini artıq müharibə dövründən yaradıb və istifadəyə verib. Müharibə dövründə bu tətbiq məhdud çərçivədə məlumat mübadiləsi üçün istifadə olunurdusa, artıq əldə olunmuş müsbət təcrübə bu tətbiqin bütün dövlət qurumlarında istifadəsinə zəmin yaradıb. XRİTDX tərəfindən dövlət qurumlarının istifadəsinə verilən bu mesajlaşma tətbiqi (TİMS) "WhatsApp" kimi tətbiqlərə tam alternativ lokal serverlər üzərində qurulub, təhlükəsizliyi gücləndirilmiş bir həldir.

- Bu tətbiqin yaradılma səbəbi nədir?

- Sözügedən tətbiqin yaradılması səbəblərindən biri bu sahədə kibersuverenliyimizi təmin etməkdir. Belə ki, müharibənin ilkin dövrlərində bir sıra əməliyyatlar zamanı əməliyyat qrupları məlumat mübadiləsi üçün "WhatsApp"dan istifadə etməyə çalışsa da, bir çox hallarda həmin hesablar hansısa səbəblərdən bloklanaraq məlumat mübadiləsinə süni maneələr yaradıb. Xüsusi şifrələmə tətbiq edilən lokal həllin qurulması bu cür problemləri və təhlükəsizliklə bağlı digər narahatlıqları kökündən aradan qaldırdı. XRİTDX tərəfindən informasiya təhlükəsizliyinin müasir tələblərə cavab verməsi üçün bütün tədbirlər həyata keçirilir və daim diqqət mərkəzində, nəzarətdə saxlanılır.

- "TİMS" mesajlaşma tətbiqində hazırda nə qədər istifadəçi var?

- Hazırda bir sıra dövlət qurumları məlumat mübadiləsini yalnız bu həll vasitəsilə həyata keçirir. Ümumilikdə sistemin 3000-ə yaxın istifadəçisi var. Dövlət qurumlarından bu tətbiqdən istifadə üçün daxil olan müraciətlər gündən-günə artmaqdadır.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Avqust 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri