Icma.az
close
up
RU
“Ölkəmizin turizm potensialı beynəlxalq bazarlarda daha geniş tanıdılması məqsədilə genişmiqyaslı işlər görülür Cavanşir Bayramov Yeni Gündəm

“Ölkəmizin turizm potensialı beynəlxalq bazarlarda daha geniş tanıdılması məqsədilə genişmiqyaslı işlər görülür Cavanşir Bayramov Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə daha geniş tanıdılacaq.

”Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun sədr müavini Cavanşir Bayramov Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mediaturda deyib.

O, açıqlamasında turizm sektorunda müşahidə edilən müsbət dinamika, atılan yeni addımlar və qarşıdakı hədəflər barədə məlumat verib: “Ölkəmizin turizm potensialının inkişafı və beynəlxalq bazarlarda daha geniş tanıdılması məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycanın qış turizm kompleksləri – Şahdağ, Tufandağ və Ağbulaq – turistlərə müxtəlif unikal təcrübələr təqdim edir. Dağ əyləncələri, kanat yolları, buzda maşın sürmə kimi fərqli fəaliyyətlər böyük maraq doğurur”.

Cavanşir Bayramov beynəlxalq bazarlarda turizm təbliğatının gücləndirilməsi istiqamətində atılan addımları da vurğulayıb: “Bu il Hindistan və Çində turizm nümayəndəliklərimiz fəaliyyətə başlayıb. Eyni zamanda, Moskvada yeni ofisimiz açılıb və 2025-ci ilin ilk yarısında İstanbulda daha bir nümayəndəlik açılacaq. Bu addımlar Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini möhkəmləndirəcək, işgüzar əlaqələri genişləndirəcək və yeni bazarların dinamikasını yaxından izləməyə imkan verəcək.”

O, həmçinin turizmin iqtisadiyyatla yanaşı, mədəni əlaqələrin inkişafına da töhfə verdiyini qeyd edib: “Turizm yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də mədəniyyətlərarası dialoqu gücləndirən mühüm amildir. Ölkəmizə gələn turistlər Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyini hiss edərək, müsbət təəssüratla ayrılırlar. Bu, ölkəmizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edir.”

Qeyd edib ki, qarşıdakı illərdə turizmin inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək, yeni layihələr həyata keçiriləcək və Azərbaycanın turizm potensialı daha geniş səviyyədə tanıdılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 14 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see194

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see193

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see187

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see149

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri