Icma.az
close
up
RU
Ölkəsində yaşayan xalqlara dözümsüz dövlətlər, Azərbaycandan tolerantlıq nümunəsi götürsünlər

Ölkəsində yaşayan xalqlara dözümsüz dövlətlər, Azərbaycandan tolerantlıq nümunəsi götürsünlər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Tolerantlıq Azərbaycanda möhkəm təməllər üzərində qurulan zəngin bir ənənədir. Bu ənənənin dərin tarixi kökləri var. Ümummilli lider Heydər Əliyevin siyasəti, Azərbaycan xalqının multikultural dəyərlər və ənənələrə sadiq olmasının bir xətt kimi götürülməsi və onun inkişaf etdirilməsi, buna dövlət siyasətinin tərkib hissəsi kimi baxılması və cənab İlham Əliyevin də bu uğurlu siyasəti davam etdirməsi tolerantlığın və multikultural siyasətin Azərbaycan xalqının həyat tərzi olmasını özündə ehtiva edir. Bu gün Azərbaycan ərazisində yaşayan qədim yəhudi, talış, udin, ləzgi, kürd və s. bütün bu azsaylı milli azlıqlar, özünü azərbaycanlı sayan bu insanlar Azərbaycanda azad, firavan, layiqli həyat sürürlər”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, multikulturalizmin əsasını tolerantlıq, milli birlik, adət-ənənələr və bir-birinin azadlığına hörmət ruhunda yaşamaq təşkil edir. Deputat hesab edir ki, məhz bu baxımdan ölkəmiz dünyada çox unikal bir ölkədir və bu, bizim çox qiymətli bir sərvətimizdir.

Vüqar İskəndərov

“Ölkəmizdə yaşayan azsaylı xalqlar, digər dini konfessiyalar ölkəmizin hərtərəfli inkişafı sahəsində həmişə töhfə veriblər. Həm birinci Qarabağ savaşı, həm İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi dövründə bu xalqların nümayəndələri Azərbaycan oğlu və Azərbaycan qızı kimi bərabər səviyyədə azərbaycanlı olaraq, Vətən qarşısında borclarını layiqincə yerinə yetirdilər. Digər xalqların nümayəndələrindən də şəhidlərimiz, Vətən müharibəsi iştirakçıları və veteranlarımız qazilərimiz var. Tarix boyu ölkəmizin tale məsələlərində, qayğılı məsələlərdə bu azsaylı xalqların nümayəndələri əsl vətəndaşlıq nümunəsi ortaya qoyaraq, bu siyasətin ayrılmaz tərkib hissəsi olduqlarını nümayiş etdiriblər. Bu, bir tarixi ənənədir. Bu, bir kökdür. Bu, elə bir mədəniyyətdir ki, hər bir azərbaycanlı bunu öz daxilində hiss edir.

Bu gün dünyanın bu qədər qarışdığı siyasi palitranın dəyişdiyi, yeni dəyərlərin formalaşdığı bir zamanda Azərbaycan sabitlik adası kimi tolerantlıq dəyərlərini nümayiş etdirir, hətta bununla da dünyada bir nümunədir. Biz arzulayardıq ki, bir çox ölkələr, hətta xüsusilə Avropa ölkələri islamafobiya, Türkiyəfobiya, Azərbaycanafobiya və digər xalqlara dözümsüzlük nümayiş etdirən dövlətlər də, xalqlar da Azərbaycandan bu nümunəni götürsünlər. Çünki tolerantlıq bir dəyər olaraq bu gün dünyanın çox ehtiyacı olan bir dəyərdir”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov bildirib ki, dünyanın belə humanist və mədəni hisslərin, bərabərliyin və əsasən də digər dinlərin bərabər səviyyədə yaşayıb inkişaf etməsi, nümunəsinə ehtiyacı var.

Deputat vurğulayıb ki, Azərbaycanda keçirilən beynəlxalq-humanitar forumlar, mədəniyyət tədbirləri, idman yarışları və s. bunların hər biri bu dəyərləri həm daşıyır, həm də onu təbliğ edirlər.

“Ölkəmizdə olan xarici qonaqlar, digər dinlərin və xalqların nümayəndələri Azərbaycandakı bu inkişafı, eləcə də multikultural cəmiyyətin nümunə göstərilməsini qeyd edirlər. Bu, bizim sərvətimizdir və bu sərvətin qorunması, inkişaf etdirilməsi hər birimizin işimizdir. Bu, həm də bizim bir həyat tərzimizdir. Azərbaycan bu mənada nümunəvi bir ölkə kimi, dünyanın müharibələr və terrorlarla “zəngin” bir dönəmində xalqlar arasındakı birliyi, bərabərliyi, tolerantlıq və multikultural dəyərlərin formalaşdırılmasını, eyni zamanda psixoloji, mənəvi müstəvidən inkişaf edən dəyərlər toplusunu bu gün nümunə kimi ortaya qoymaqla, bu xalqın qədim köklərə malik olduğunu və bu ərazidə yaşayan bütün xalqların Azərbaycan Respublikasında layiqli, bərabər səviyyəli, xoşbəxt həyat sürdüyünü dünyaya göstərir. Bu sahədə biz qürurla söyləyə bilərik ki, ölkəmiz saydığımız bu vacib dəyərlərə görə, dünyada lider ölkə kimi tanınır, inkişaf edir və bunu daşıyıcısı olmaq hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Biz bunu gələcək nəsillərə də ötürməliyik. Bu, bizim hər birimizin ən ümdə vəzifəsi olmalıdır”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri