Icma.az
close
up
RU
Ölüm son deyil

Ölüm son deyil

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Lalə Mehralı

Günə kədərli xəbərlə başlamağa alışırıq sanki, böyük təəssüf hissi ilə işləməyə, gün boyu nakam köçən tanışımızı xatırlayaraq kədərlənməyə də həmçinin. Ölüm yaşı cavanlaşıb, gəncləşib, uşaqlaşıb. Ölüm bizdən öləcəyinə ehtimal verməyəcəyimiz insanları alıb aparır. Dünən söhbətləşdiyimiz, deyə-gülə ayrıldığımız adamlar axşam yatır, səhər oyanmır. Qəfil qəzaya tuş gələn nə qədər insan ayrılır aramızdan. Xəstəliyindən bixəbər olduğumuz dostlarımız çoxalır, sizcə də elə deyil? Uzun illərdir tanıdığımız insanların aylardır xəstə olduğunu, amma hamıdan gizlətdiyini öyrənəndə o artıq bu dünyadan getmiş olur. Dünən vardılar, bu gün yox...

Ölümün mütləq son və yeni başlanğıc olması barədə çox yazılıb, həqiqi ruhi biliklər, böyük filosoflar, mütəfəkkirlər bu barədə şərhlər verib. Ölüm yox olmaq deyil, yenidən doğulmaqdır. Əgər təsadüfü kimdənsə “ölümdən qorxursanmı?”, - deyə soruşsaq cavabı bəllidir: “qorxuram”. Çünki ölüm bilinməzdir, naməlumdur, gedib görmədiyimiz, tanımadığımız yerdir. Biz ölümdən sonrakı qeyri-müəyyənlikdən qorxuruq. İllərlə bizə aşılanan cəhənnəmdən, qır qazanından, qəbir əzabından, ölüm anında yaşaya biləcəklərimizdən qorxuruq.

Bizə həqiqi ruhi biliyi, ölümün son olmadığını, ölümün, əslində, qurtuluş olduğunu izah etmədilər, elm və dinlər bir-biri ilə boğuşmaqdan buna fürsət tapmadı. İnsan yaranışının hər dövründə ilahi inanca, ümidə, sığınmaya, inanmaya, işığa ehtiyac duyub. Dinlər və ruhi biliklər də məhz bu ehtiyacdan yaranıb. Din ruhi bilik verməlidir və əgər bunu bacarmırsa məhvə məhkumdur. Din Tanrıdan, yaradılışdan, ruhdan bəhs etməlidir, insanlara bu haqda bütün suallarını cavablaya biləcək dərinlikdə olmalıdır. Din Tanrı qatından danışmalıdır, Tanrını təsvir etməlidir, onun dərgahının özəlliklərindən bəhs etməlidir.

Din qorxu və xof aşılamamalıdır, din ibadət etməyəni qır qazanında, cəhənnəm odunda yanmaq ilə hədələməməlidir. Din ibadət edənə maddi həzlər vəd etməməlidir, mömin olana süd çayı kənarında qızıl taxt boyun olmamalıdır. Ömrünü ibadətə həsr edən həqiqi möminə 40 məlaikə verəcəyi barədə şirnikləndirməməlidir. Axı bütün bunlar maddi həzdir, əgər din öz mömin bəndəsinə bunları vəd edirsə, bu, o deməkdir ki, sən Tanrı qatına layiq deyilsən. Axı o maddi deyil, ruhi bilik axtarırsansa bu vədlərə aldanmamalısan.

Ölümdən qorxmayan insanlar kamilləşmiş insanlardır. Kamillik təhsillə, savadla olmur, ömrü boyu yaşadığı kənddən çıxmayan, amma kamilliyin ən uca nöqtəsinədək yüksələn insanlar bilir ölümün qorxulu olmadığını. Biz, əslində ölümdən yox, əzizlərimizi tərk edib getməkdən qorxuruq. Sevdiklərimizi bir daha görə bilməməkdən, onlara toxuna bilməməkdən qorxuruq. Axı sevgimizi toxunmaqla, tumarlamaqla, öpməklə, qucaqlamaqla göstəririk adətən. Biz sevgimizi maddi həzlər üzərində qururuq, çünki insanlar maddi olmayan heç nəyə inanmır. Yüz dəfə “sevirəm” de, sevdiyin tumar gözləyir. Bilmirik axı, həzlər maddi olduqca insanlar cılızlaşır.

Ölümdən sonra da ölməmək üçün yaxşı insan olmaq şərtdir. Çox rastlaşırıq, biri rəhmətə gedir, arxasınca rəhmət yerinə, lənət oxuyurlar. Amma ölümünə elliklə üzüldüyümüz, kədərləndiyimiz insanlar da çoxdur - evindən yox, elindən gedən insanlar. Ölümün də şərəflisi gözəldir. Ölümündən sonra da yaşayan insanlar çox olaydı kaş...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri