Icma.az
close
up
RU
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu” adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunub. “Universal” nəşriyyatında işıq üzü görən, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə edib. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının gürcü oxuculara təqdim olunan ilk kitabıdır.
Reyting.az
xəbər verir ki, müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayımlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünəməxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışıb.
Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri