Oman yaxınlığında gəmiyə hücum olub, itkin düşənlər var
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qahirə, 15 sentyabr, AZƏRTAC
Panama bayrağı altında üzən “El Jaya” neft tankerinin hücuma məruz qalmasından sonra mühərrik hissədə yanğının baş verdiyi bildirilib və gəmi Oman limanlarından birinə yedəyə alınıb.
AZƏRTAC xəbər verir ki, Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin bu gün yaydığı bəyanata əsasən, tanker hücuma məruz qaldığı zaman Musəndəm vilayətinin şimal-şərqindən təxminən 103 dəniz mili məsafədə olub.
Hadisə zamanı Oman Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi tankerin 23 ekipaj üzvünü təxliyə edib, 2 ekipaj üzvünün isə itkin düşdüyü bildirilir.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında yeni insident barədə məlumat aldığını açıqlamışdı. Bildirilmişdi ki, Oman yaxınlığında hərəkət edən gəmi naməlum mərmi ilə vurulub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Sentyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















