Icma.az
close
up
RU
Ombudsman Aparatının kitab nəşrlərinin və maarifləndirmə sahəsindəki fəaliyyətinin təqdimatı keçirilib

Ombudsman Aparatının kitab nəşrlərinin və maarifləndirmə sahəsindəki fəaliyyətinin təqdimatı keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşkilatçılığı ilə oktyabrın 1-də Ombudsman Aparatının kitab nəşrləri və maarifləndirmə sahəsindəki fəaliyyətinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov müvəkkil tərəfindən aparılan maarifləndirici fəaliyyət barədə məlumat verib. O, vətəndaşların hüquq və azadlıqları, uşaq hüquqları, gender bərabərliyi, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, həmçinin insan hüquqları sahəsində beynəlxalq sənədlərin təbliği istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, təsisat mütəmadi olaraq müxtəlif nəşrlər, broşürlər və kitabçalar hazırlayaraq əhali arasında paylayır, həmçinin gənclərin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici tədbirlər keçirir.

Tədbirdə Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin Təhlil və monitorinqlər sektorunun müdiri vəzifəsini icra edən Vəli Quliyev ombudsmanın müvafiq sahədə fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, vətəndaşların informasiya əldə etmək hüququnun təmin olunması, bu hüququn pozulması halları, həmçinin həssas əhali qruplarının informasiya əldə etmək imkanları daim diqqət mərkəzində saxlanılır.

Ombudsman Aparatının nümayəndəsi əlavə edib ki, xüsusən həssas qruplar – əlilliyi olan şəxslər, aztəminatlı ailələr, uşaqlar və yaşlılar üçün informasiya əldə etmək imkanlarının genişləndirilməsi, onlar üçün əlçatan formatlarda məlumatların təqdim olunması prioritet istiqamətlərdəndir.

Sonra Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı uşaqların hüquqlarının qorunması, bu sahədə aparılan maarifləndirmə tədbirləri və hazırlanmış nəşrlər barədə danışıb. O diqqətə çatdırıb ki, uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər onların maariflənməsinə, hüquqi biliklərinin artırılmasına və sağlam mühitdə böyüməsinə xidmət edir. Azər İsalı Ombudsman Aparatının uşaqların hüquqlarına dair beynəlxalq və milli qanunvericiliyin təbliği məqsədilə müxtəlif broşürlər, kitabçalar və maarifləndirici materiallar hazırladığını vurğulayıb.

Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Şəhla Aslanova qurumun beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, vətəndaş cəmiyyəti institutları ilə birgə görülən işlər və maarifləndirmə fəaliyyətindən bəhs edib. O qeyd edib ki, insan hüquqlarının müdafiəsi və təbliği istiqamətində aparılan birgə fəaliyyət ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə 2002–2025-ci illər ərzində müxtəlif dillərdə – Azərbaycan, rus, ingilis, Ukrayna və fransız dillərində – hüquqi maarifləndirməyə həsr olunmuş kitablar, lifletlər, bukletlər hazırlanıb və nəşr etdirilib. Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə biri elektron olmaqla 278 adda vəsait çap edilərək geniş oxucu auditoriyasına təqdim olunub. Bunlardan 190-ı kitab, 79-u liflet və buklet, 9-u isə plakatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see129

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri