Ombudsman Səbinə Əliyeva Qubada vətəndaşların müraciətlərini dinləyib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Quba şəhərində vətəndaş qəbulu keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müvəkkil qəbul üçün müraciət etmiş 2-si şəhid ailəsi üzvü olmaqla, 14 nəfərin hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















