Icma.az
close
up
RU
Ombudsmanın sülh sazişinin paraflanması ilə bağlı məqaləsi Türkiyə mediasında yayımlanıb

Ombudsmanın sülh sazişinin paraflanması ilə bağlı məqaləsi Türkiyə mediasında yayımlanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasının insan hüquqlarının təminində rolu ilə bağlı məqaləsi Türkiyə mediasında yayımlanıb.

AZƏRTAC məqaləni təqdim edir:

“Məlum olduğu kimi, tarixən insan hüquqları məhz sülh şəraitində inkişaf edib və daha səmərəli təmin olunub. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlər sülhün qorunmasını, dövlətlərarası mübahisələrin dinc yolla həllini və münaqişələrin qarşısının alınmasını bəşəri inkişafın ayrılmaz şərti kimi müəyyən edir.

Bəşəriyyətin ən ali dəyərlərindən biri olan insan hüquq və azadlıqlarının tam təminatı yalnız sülh şəraitində mümkündür. Münaqişələr, silahlı toqquşmalar və qarşıdurmalar ən çox da dinc əhalinin həyatına, sağlamlığına, təhlükəsizliyinə, mülkiyyətinə, rifahına və layiqli yaşayış hüququna ağır zərbə vurur. Bu səbəbdən sülhün bərqərar olması hər bir xalqın və hər bir dövlətin qarşısında duran ən mühüm vəzifədir.

Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Bu baxımdan insan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biridir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqlarının qorunması uğrunda etdiyi çağırışlar və apardığı siyasət bu gün müstəqil Azərbaycanda həyata keçirilən islahatların əsasını təşkil edir. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmaqla ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda, bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib.

Bildiyiniz kimi uzun illər torpaqları işğal altında olmuş Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərini rəhbər tutmaqla torpaqlarının işğaldan azad edilməsini, sülh və mehriban qonşuluq şəraitində birgəyaşayışı təbliğ edib və dəstəkləyib. Lakin dövlətimizin davamlı olaraq etdiyi sülh çağırışlarına və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq təşkilatların qərarlarına Ermənistan tərəfindən göstərilən etinasız münasibət, beynəlxalq ictimaiyyətin isə bu məsələyə sərgiləmiş olduğu ikili standartlar ədalətin və sülhün təcəssümünə uzun illər ciddi maneələr yaradıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları nəticəsində qazandığımız tarixi Zəfərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi və müstəqil Azərbaycanın tarixində yeni səhifə yazıldı. Dövlətimizin başçısının 2020-ci ildən etibarən apardığı uzaqgörən siyasət hərbi qələbəni siyasi uğurla tamamladı. Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması bu siyasətin sülh və əməkdaşlıqla yekunlaşan təntənəsidir. İmzalanacaq sülh müqaviləsi nəinki iki dövlət arasında silahlı qarşıdurmaya son qoyacaq, eyni zamanda, bölgədə uzunmüddətli sabitliyin, etimad mühitinin və birgə əməkdaşlığın bərqərar olunması üçün real zəmin yaradacaq.

Münaqişə dövrü arxada qalır, yeni mərhələ - dayanıqlı sülh, qarşılıqlı hörmət, rifah və inkişaf mərhələsi başlayır. Sazişdə nəzərdə tutulan sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlığın inkişafı kimi müddəalar insanların yaşamaq hüququnun, hərəkət azadlığının, mülkiyyət hüququnun və digər fundamental hüquqlarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Elə məhz bu kontekstdə qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması regionda iqtisadi tərəqqinin əldə olunmasına, strateji bağlantıların güclənməsinə, iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə yol açacaq. Dəhlizin açılması uzun illər blokada şəraitində yaşamış Naxçıvanın sürətlə inkişafına təkan verəcək və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında birbaşa quru bağlantısının bərpasını təmin edəcəkdir.

Vaşinqtonda keçirilmiş görüş əsnasında sənədlərin imzalanması ilə uzun illər nəticəsiz fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun ləğvi istiqamətində birgə təşəbbüsün nümayiş etdirilməsi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin təmin edilməsinə və gələcək nəsillərin əmin-amanlıqla birgəyaşayışına yönəlmiş tarixi bir dövrün başlanğıcıdır. Belə ki, ötən dövrdə fəaliyyətsiz qalan, hər zaman ikili standartlar nümayiş etdirən Minsk qrupu beynəlxalq hüququn kobud şəkildə pozulmasına etirazını bildirmədi, Azərbaycanın haqlı mövqeyini heç bir zaman dəstəkləmədi. Artıq öz funksiyasını itirmiş bu mexanizmin aradan qaldırılması ilə regionda dayanıqlı sülhün, pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində görülən işlər, şübhəsiz ki, daha da sürətlənəcək.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması, eləcə də Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da Vaşinqton görüşünün əhəmiyyətli məqamlarından biridir. Belə ki, bu tarixi hadisə iki ölkə arasında mövcud olan münasibətlərdə yeni inkişaf mərhələsinin əsasını qoydu və ölkəmizin uzun illər üzləşdiyi haqsızlığa son qoyulmasına, ədalətin bərpasına və iki ölkə arasında əlaqələrin davamlı inkişafına xidmət edəcəkd.

Ümumiyyətlə, 2025-ci il avqustun 8-də sülh sazişinin paraflanması təkcə iki dövlət arasında münasibətlərin normallaşdırılması deyil, eyni zamanda, regionda insan hüquqlarının tam təmininə yönəlmiş mühüm siyasi sənəd kimi tarixə düşdü. Bu tarixi sənəd, ilk növbədə, hər bir insanın yaşamaq hüququnun, təhlükəsizliyinin, sərbəst hərəkət azadlığının, təhsil və sağlamlıq kimi fundamental hüquqlarının təmin olunması deməkdir. Münaqişə və hərbi gərginlik şəraitində illərlə pozulmuş hüquqların bərpası, zorla köçkün düşmüş insanların doğma yurdlarına təhlükəsiz qayıdışı, minalardan təmizlənmiş ərazilərdə normal yaşayışın bərpası, sosial-iqtisadi inkişaf və dayanıqlı rifahın təmin olunması məhz sülhün gətirdiyi əsas üstünlüklərdir.

Eyni zamanda, qeyd edək ki, sülh müqaviləsi regionda yeni humanitar mərhələnin başlanğıcıdır. Bu, həm də beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətin təntənəsidir. Sülhün davamlılığı üçün tərəflərin əldə olunmuş razılaşmaları səmimi şəkildə icra etməsi, xalqlar arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı hörmətin gücləndirilməsi vacibdir.

Azərbaycan dövləti artıq azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini geniş miqyasda həyata keçirir, humanitar layihələri gerçəkləşdirir, bölgənin sosial və iqtisadi inkişafını təmin edəcək infrastruktur qurur. Bu, sülhün praktik nəticələrinin insan hüquqlarının müdafiəsində necə mühüm rol oynadığının ən real nümunəsidir.

Beləliklə, insan hüquqlarının təminatı üçün ən mühüm və möhkəm zəmin sülhdür. Sülhün möhkəmləndirilməsi həm dövlətlərin, həm də vətəndaş cəmiyyətinin üzərinə düşən tarixi və mənəvi məsuliyyətdir.

Əminik ki, tarixi sülh müqaviləsi gələcək nəsillərə daha təhlükəsiz, azad və ləyaqətli bir həyat bəxş edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri