Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ömrü uzadan, xəstəlikləri yox edən 60 illik PƏHRİZ

Ömrü uzadan, xəstəlikləri yox edən 60 illik PƏHRİZ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

 
Ekspertlərin fikrincə, Aralıq dəniz pəhrizi 2019-cu ildə diqqət mərkəzində olacaq.

Məlum olub ki, Aralıq dənizi pəhrizi Amerika reytinqlərində liderlik edir.

Publika.az bu yazıda oxucuları Aralıq dəniz pəhrizinin faydaları ilə tanış edib.

Aralıq dənizi pəhrizi 1960-cı illərdə meydana çıxıb. Alimlər hesab edir ki, belə qidalanma ömrü uzadır, artıq çəkidən xilas edərək bir çox xəstəliklərin yaranması riskini azaldır. Və ən önəmlisi bu pəhrizi saxlamaq üçün əlavə səy göstərmək tələb olunmur. Pəhriz ətrafında bir neçə əfsanə dolaşır. Ancaq biz bu yazıda yalnız əsaslandırılmış faktlara toxunacağıq. Amerikanın tibb jurnalları Aralıq dənizi pəhrizinin aşağı kalorili pəhrizlə eyni effektiv göstərdiyini sübut edib. Aralıq dənizi mətbəxi ciddi pəhriz deyil, əksinə bir həyat tərzidir.

Belə qidalanmaya həftədə bir neçə dəfə (5-6 porsiya) balıq və dəniz məhsulları daxil edilir. İkinci vacib nöqtə - çox sayda tərəvəzlər yemək lazımdır (həftədə altı porsiya). Salatlarda zeytun yağı istifadə edilməlidir. Zeytun yağı toxluq hissi verir və xolesterini azaldır. Ancaq çörək və un məmulatlarından imtina etmək lazım gələcək.

Qlikemik indeksləri aşağı olan qidalara üstünlük verin: qəhvəyi düyü, taxıl makaron və yulaf. Şirniyyatlardan sadəcə tünd şokolada icazə verilir, o həftədə üç porsiyadan çox ola bilməz. Faydalı səhər yeməyini unutmayın, nahar doyumlu ola bilər, ağır şam yeməyinin isə heç kimə faydası yoxdur. Dietoloqlar özünüz üçün dəqiq rejim yaratmağı və hər gün eyni saatda yeməyi tövsiyə edir.

Aparılan araşdırmalar göstərir ki, belə qidalanma ürək-damar xəstəliklərindən qoruyur, eyni zamanda ikinci dərəcəli şəkər xəstələrinə müalicəvi təsir göstərir. Aralıq dənizi pəhrzinin ən məşhur inqrediyenti yunan salatıdır: pomidor, xiyar, soğan, pendir dilimləri, zeytun və zeytun yağı. Ümumiyyətlə, pəhrizə: meyvə-tərəvəz, paxlalı bitkilər, işlənməmiş taxıl məhsulları, qoz, dəniz məhsulları, balıq, toyuq, pendir və qatıq kimi bir çox faydalı yağlar ehtiva edən məhsullar daxildir.

Aralıq dənizi pəhrizində nə yemək olmaz?

Ekspertin sözlərinə görə, qırmızı ət və şirniyyatları xüsusi hallarda yemək daha yaxşıdır. İşlənmiş məhsullar və hazır qarışıqlar ənənəvi olaraq qadağandır.

Səhər yeməyi

Kəsmikdən zapekanka

Omlet

Az kalorili xırtıldayan çörəklə pendir

Təbii qatıq və quru meyvələrlə müsli

Qəhvə / yaşıl çay

Nahar

Bişmiş tərəvəzlə balıq

Dəniz məhsulları və pomidor ilə makaron

Toyuq şorbası

Buxarda bişmiş balıq ilə tərəvəz salatı

Şam

Avokado ilə krevetka salatı

Düyü ilə bişmiş toyuq sinəsi

Buxarda bişmiş balıq və ya tərəvəz salatı

Qaynadılmış tərəvəz və sobada bişmiş hinduşka

Tərəvəzli balıq kotleti

Buxarda bişmiş dəniz məhsulları və tərəvəz

Sağlamlığa faydaları

2016-cı ildə, NU-AGE layihəsi çərçivəsində Brüsseldə keçirilən konfransda təqdim edilən edilən bir araşdırmanın nəticələrinə görə, bu pəhriz cavanlaşdırıcı təsirə malikdir. Aralıq dənizi pəhrizi qocalmayla bağlı yaranan reaktiv zülal səviyyəsini azaldır.

“The Lancet Diabetes & Endocrinology” jurnalında 2-ci tip diabetli 7.400-dən çox adamın iştirak etdiyi beş illik ayrı bir araşdırmanın nəticələri dərc edilib. İnsanlar üç qrupa bölünüb: bir qrup zeytun yağı ilə Aralıq dənizi pəhrizi saxlayıb. İkinci qrup Aralıq dənizi pəhrizinə qoz əlavə edib, üçüncüsü isə aşağı kalorili bir pəhrizə əməl edib. Beş il ərzində ilk qrupdan olan insanlar xeyli arıqlayaraq göstərib ki, bunun üçün faydalı yağlardan imtina etmək lazım deyil.

ABŞ Milli Xərçəng İnstitutu və ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən maliyyələşdirilən yeni bir araşdırma nəticəsində məlum olub ki, Aralıq dənizi pəhrizinin prinsiplərinə riayət edən qadınlar daha uzunömürlüdür və daha az xəstələnir. Sözügedən araşdırmanın nəticələri “Annals of Internal Medicine” jurnalında dərc olunub. Belə qadınlar ciddi xroniki və digər xəstəliklərdən daha az əziyyət çəkir. Bu məqamda ən uzun ömürlü əhali sayı üzrə Aralıq dənizi regionun - Yunanıstan, İtaliya, İspaniya və Fransa da daxil olmaqla Yaponiyadan sonra ikinci yerdə gəldiyini xatırlatmaq yerinə düşər. 80 yaşdan yuxarı insanların ən çoxu orada yaşayır. Faktiki olaraq, Aralıq dənizi sakinlərinin yarısı 85 yaşa qədər yaşayır.

Ekspertlərin fikrincə, əsas səbəblərdən biri onların yemək vərdişləri ola bilər. Aralıq dənizinə daxil olan ölkələrin sakinləri müntəzəm olaraq təzə balıq, zeytun yağı və yerli məhsullara üstünlük verir. Onlar hər gün bir qədəh şərab içir və adətən şirniyyatlara böyük yer vermirlər. Bu pəhriz vərdişləri artıq bildiyiniz kimi Aralıq dənizi pəhrizinin əsaslarıdır.

Uzun müddət bu pəhrizə əməl etməklə bağırsaq xərçəngi, ürək xəstəliyi, iflic və alzheymer xəstəliyinin inkişaf riskini azaltmaq mümkündür. Üstəlik 4,600 qadın arasında aparılan və "BMJ"-də nəşr olunan bir araşdırma göstərir ki, Aralıq dənizi pəhrizinə sadiqlik DNT zərərini yavaşlatmağa kömək edir. Nəticə etibarı ilə bu, qocalma prosesini yavaşladır.

Dietoloqlar əmin edir ki, bu pəhrizin heç bir əks göstəriş yoxdur (hansısa məhsulun allergik təsirini çıxmaq şərti ilə). Həmçinin xroniki xəstəlikləri onlara bu rejimə üstünlük vermək tövsiyə edilmir, xüsusi menyu hazırlamaq daha yaxşıdır.

Onu da yadda saxlayın ki, Aralıq dənizi pəhrizi qısa müddətdə sürətli çəki vermək üçün uyğun deyil. Artıq çəkilərin yavaş-yavaş gedəcəyinə hazır olun. Və əlbəttə ki, digər mənfi tərəfi pəhrizin olduqca bahalı olmasıdır.

Əgər yaz və yay aylarına indidən hazırlaşır və arıqlamaq istəyirsinizsə, Aralıq dənizi pəhrizini sınamağa dəyər. Bu pəhriz arıqlatmaqla yanaşı bir çox xəstəliklərin inkişaf etdirilməsi riskini azaldır və səhhəti yaxşılaşdırır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri