Icma.az
close
up
RU
Ömür qələbələr fəlsəfəsidir

Ömür qələbələr fəlsəfəsidir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Uşaqlıq dünyası möcüzələr dünyasıdır. Bu dünya sadəlikdə mürəkkəblik, adilikdə qeyri-adilik dünyasıdır. Onun işığı da bütün işıqlardan fərqli olur, bu fərqliliyə dünyanın ecazkar möcüzəsi deyənlər də var. Bu möcüzə ruha o qədər doğmadır ki! Bu doğmalıq həm ruhun ahənrübasına dönür, həm də milli-xəlqi münasibətlər sistemində göyqurşağına; uşaqlıq dünyasında öz uşaqlığının izlərini sezənlər, duyanlar, görənlər üçün uşaqlıq dünyası dünyamıza üzərlikdir...

Uşaqlıq möcüzələr dünyasıdır. Bəs ömür? - ömür qələbə fəlsəfəsidir...

Düşüncələrimdə bir heyrət də var, bir rəğbət də, bir sədaqət də. O sədaqətə görə rəğbətə, o rəğbətə görə heyrətə sığınıram. Düşüncələrimin dünənindən bu günlərə baxıram, bu günlərdən sabahları gümanlayıram...

Orxan 1985-ci il avqustun 13-də Zəngilan şəhərində anadan olub. Təbiəti sevə-sevə gözlərinə, gözlərindən könlünə köçürüb. O da uşaqlıq dünyasının cazibəsində aylarını il eləyib. Nağılları sevdiyi qədər də həyat gerçəkliklərini dərk edib. Ermənilərin Zəngilana hücumlarını bu dərklə yaşayıb. Mənə də, müəllimlərinə də yaşını qabaqlayan suallar verərdi, bu sualların fəlsəfi mahiyyəti hamımızın düşüncələrinin səyyarəsinə dönərdi. Mənim döyüşənlərin sırasında olmağımın da, evə gec-gec gəlməyimin də onun uşaqlıq dünyasının dumanlığına döndüyünü duyurdum...

Zəngilan işğal olunanda bir qədər çəkingənliklə "Ata, niyə belə oldu?" soruşdu. Nə deyəydim? Onda Zəngilanın işğalı onun da yeniyetməlik qürurunu silkələmişdi. Gümanı ümidi ilə, ümidi doğmalıqdan uzaq düşən illəri ilə məndən savayı kimsənin duymadığı bir çarpışmadaydı.

Təhsilini Bakı şəhərində, Nərimanov rayonundakı 200 saylı orta məktəbdə davam etdirdi. 1999-cu ildə 9-cu sinfi bitirdi. Nəyin və kimin təsiri idisə, bilmədik, Bakı Plan-İqtisad Texnikumunun Hüquq fakültəsinə qəbul olundu, oranı uğurla bitirdi, kiçik mütəxəssis ixtisas dərəcəsi aldı...

İdmanı sevirdi. Uşaqlığında idman onun marağıydı, sonralar bu maraq istəyə, bu istək niyyətə çevrilibmiş. "Mən təkbətək mübarizəni daha çox sevmişəm, bu sevgi düşüncələrimin görünməyən işığına dönüb. Sən olursan, rəqibin olur, bir də ya tatami, ya güləş döşəyi, ya da rinq. Qüdrət burda müəyyənləşir, məğlub olanda da heç kimi qınamırsan, heç kim səni qınamır..." Orxanın dedikləri maraqlı düşüncə kimi diqqəti çəkmişdi. Taekvondonu seçibmiş. Etiraz etmədik. Məşqlərə gedirdi. Həm də deyirdi ki, insanın xarakterini idman formalaşdırır... 

2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinin Taekvando şöbəsini (əyani) bitirərək bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr, 2016-cı ildə Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası üzrə magistr ixtisası aldı...

Orxan Məmmədli Vətənin, torpağın, müharibənin, döyüşlərin, işğalın nə olduğunu varlığıyla dərk edirdi. Bu duyğuları yeniyetməliyindən yaşamışdı...

2007-ci ildə hərbi xidmətə çağırıldı, xidmətinin sonunda Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ehtiyat zabitlər kursunda təhsil aldı, 2008-ci il iyulun 1-də təxris olunanda müdafiə nazirinin müvafiq əmri ilə ehtiyatda olan leytenant hərbi rütbəsi almışdı.

2009-cu il avqustun 5-dən 2012-ci il martın 14-dək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit vəzifəsində həqiqi hərbi xidmətdə olub. Ehtiyata buraxıldıqdan sonra Heydər Əliyev adına Ali hərbi məktəbdə idman və fiziki hazırlıq kafedrasında müəllim və baş müəllim işləyib. 2022-ci il avqustun 13-dən həqiqi hərbi xidmətə çağırılıb və adıçəkilən institutun müəllimi təyin edilib.

Gərgin məşqlər tez bir zamanda öz bəhrəsini verməyə başladı. Karyerasının ilk dövrlərində təcrübə baxımından rəqiblərinə uduzan, qələbəni əldən verən gənc Orxan 2003-cü ilin dekabrında yaddaqalan bir nailiyyət qazandı: "Tornado" klubunun keçirdiyi çempionatda 60 kiloqram çəki dərəcəsində çempion oldu. Orxan Məmmədli Turan Do Asossasiyasının və Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti Süleyman Məmmədlinin yanında hap ki do üzrə xüsusi məşqlər keçirdi. Yüksək fiziki keyfiyyətləri və mübarizliyi ilə qısa müddətdə bu idman növünün də sirlərinə yiyələndi.

Avropa, dünya çempionatlarına, beynəlxalq yarışlara hazırlaşır, ümidləri doğrultmağa çalışırdı. Orxan bu idman növündə də möhtəşəm qələbələr qazandı: 2004-cü ilin noyabrında keçirilən beynəlxalq yarışda, Gürcüstanın Marneuli şəhərində qızıl medal qazandı. Orxan Məmmədli 14 il ərzində (2004-2017) 20 yarışda iştirak edib, respubilka və beynəlxalq miqyaslı turnirlərdə on beş dəfə fəxri kürsünün ən yüksək pilləsinin fatehi olub, yalnız iki dəfə ikinci, üç dəfə üçüncü yeri tutub. 2006-cı ilin dekabrında Almaniyada keçirilən ölkə kubokunda, 2007-ci ilin mayında Tbilisidə taekvando üzrə beynəlxalq turnirdə qələbə qazanıb. 2008-ci ilin sentyabrında Almaniyada keçirilən Avropa çempionatının da qalibi olub.

2009-cu il fevralın 28-də Turan Do üzrə Bakı şəhəri çempionatında 67 kiloqram çəki dərəcəsində 1-ci yeri tutub. Həmin ilin avqustun 4-5-də Rusiyada ölkəmizi təmsil edib,  Kabardin-Balkar Respubilkasında Dünya Turan Do Assosiasiyasının təşkil etdiyi beynəlxalq yarışda çempion olub...

2010-cu il avqustun 5-dən 8-nə  qədər ABŞ-nin Miçiqan ştatının Bətl Qrik şəhərində keçirilən hap ki do üzrə 8-ci dünya çempionatında 65 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən üstün olan Orxan Məmmədli Azərbaycanı və özünü sevənləri fəxri kürsünün ən yüksək pilləsindən salamlayıb (qeyd edək ki, peşəkar idmançılardan ibarət komandaların iştirak etdiyi bu mötəbər yarış üç ildən bir keçirilir). İstedadlı idmançı olan Orxan Məmmədli oktyabrın 2-dən 3-nə qədər Almaniyada təşkil edilən  döyüş sənəti üzrə açıq dünya  çempionatında da mübarizə aparıb. 70 kiloqram çəki dərəcəsində  ölkəmizin idman şərəfini qoruyan idmançımız bürünc medal qazanıb...

Orxan Məmmədlinin idman uğurları kifayət qədər qürurludur: 2010-cu ildə Almaniyanın Qrossaitingen şəhərində Döyüş sənəti üzrə Açıq Dünya Çempionatında III yeri, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Türkiyənin Qızıl Kuboku uğrunda çempionatda 68 kiloqram çəki dərəcəsində I yer, Türkiyənin Qızıl Kuboku, Döyüş üzrə 3-cü açıq Avropa Çempionatında 68 kiloqram çəki dərəcəsində III yer...

2013-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən Döyüş sənətləri üzrə Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində, 2015-ci ildə İspaniyanın Benidorm şəhərində Unified üzrə Dünya çempionatında 63 kiloqram çəki dərəcəsində 1-ci yer...

2016-cı ildə Portuqaliyanın Caldas de Rehina şəhərində keçirilən Dünya çempionatında qızıl medal, 2016-cı ildə Tailandın Pattaya şəhərində Hap Ki Do üzrə Dünya çempionatında qızıl medal, 2017-ci ildə Portuqaliyanın Caldas de Rehina şəhərində keçirilən Dünya çempionatında qızıl medal...

Hap ki do üzrə 4-cü dan, Turan-do və Çun Kun do üzrə 2-ci dan qara, taekvando üzrə 1-ci dan kəmərə layiq görülüb, 30 mart 2010-cu il mart ayının 30-dan Azərbaycan Respublikasının Hap Ki Do üzrə idman ustasıdır.

Zəruri bir xatırlama: 2016-cı ildə Radik İsayev Azərbaycanın idman tarixində ilk dəfə taekvando uzrə Olimpiya çempionu oldu. Çox da uzaq keçmiş deyil. Bu idman növünü Azərbaycana Süleyman Məmmədli gətirib. Onun Şərq döyüş sənətlərinə marağı 60-cı illərin sonundan etibarən başlayıb. Həmin vaxt karate SSRİ-də populyarlaşmağa başlayır. Bu idman növü ilə başlayan həvəs onun 70-dən artıq döyüş növünü öyrənməsi ilə nəticələnib. Süleyman Məmmədli həmin növlərdən 4-ü üzrə 10-cu dan qara kəmər ustası, 10 növdə isə Qrand masterdi. Dünyada bu uğuru təkrarlayan ikinci idmançı yoxdur. Bu qüdrətli məşqçi Azərbaycan idmanı üçün çox işlər görə bilərdi, təəssüf ki, 22 sentyabr 2021-ci ildə rəhmətə getdi...

Adı Azərbaycan idman tarixinə qızıl hərflərlə yazılmış ustadlar ustadı Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Süleyman Məmmədli ilə birlikdə "Əlbəyaxa döyüş" kitabının müəllifi olan Orxan Məmmədli uğurlarını müəllimi Süleyman Məmmədlinin ona sərf etdiyi çoxillik zəhmətin bəhrəsi kimi dəyərləndirir. Tarixdə deyildiyi kimi, tikilən qalır, yaradılan qalır. Bu əsər də yaşadılacaq, ömrünü idmanın bu növünə həsr edəcək yeniyetmələr, gənclər yaşadacaq. Bir gerçəklik də milli-xəlqi mentalitetimizin işığı kimi yaşadılacaq: "Hansı yarış yaddaşında daha böyük duyğular yaradıb?" sualına Orxan Məmmədli bir qədər sükutdan sonra cavab verir - nailiyyətləri bir-birindən seçməyə çətinlik çəkir. "Hər yarışa qələbə üçün çıxan, qazanacağı qələbəni təkcə öz adına, öz ünvanına qazanmağı günah hesab edən idmançı üçün bütün yarışlarda iştirak məsuliyyətli, qazanılan qələbələr dəyərlidir. İlk məşq günümü, ilk yarışımı, ilk qələbəmi hansı duyğularla yaşamışamsa, digər yarışları da, qələbələri də həmin duyğularla yaşamışam. Bir gerçəkliyin idmançısı olmağa çalışmışam: İdman da Vətənə xidmətdir. Vətənə belə xidmət də, müəyyən mənada, vətənpərvərlikdir. Qınayanım olmasa, deyərdim ki, mən hərbi xidmətdən əvvəl də özümü əsgər bilmişəm, indi də bu düşüncələrlə yaşayıram - zabit rütbəsində əsgər olmaq. Bu sevgi mənim yeniyetməlik yaşlarımın yaşıdıdır..."

Orxan Məmmmədli indi gənc idmançıların hazırlanmasının cəfakeşidir. Hərbi İnstitutda idmanın bu növü ilə məşğul olanların peşəkarlığını formalaşdırır. Onun yetirmələri istər respublika miqyaslı yarışlarda, istərsə də beynəlxalq yarışlarda Hərbi İnstitutun idman şərəfini layiqincə qoruyublar, indi də qoruyurlar. "Yetirmələrin qələbə qazananda hansı duyğuları yaşayırsan?" sualına incə təbəssümlə, "Ustadım Süleyman Məmmədli mən qələbə qazananda hansı duyğuları yaşayırdısa, o duyğulara münasib duyğular".

Sokratın bir kəlamı bu gün də düşüncələrdədir: "Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz". Orxan Məmmədli Sokratın bu kəlamını sədaqətlə yaşadanlardan biridir.

Taekvondo üzrə (ETF) Avropa, hap ki do üzrə dünya çempionu, 4-cü dan qara kəmər sahibi və bu növ üzrə idman ustası baş leytenant Orxan Bayram oğlu Məmmədli deyir ki, güc müntəzəm məşqlərdir, gücün qüdrətlənməsi üçün bir gerçəkliyə köklənməlisən, dürüst düşüncələrini dürüst həyat tərzinə, dürüst həyat tərzini dürüst ömür yoluna yönləndirməlisən.

Kursantlarının idman hamisidir Orxan Məmmədli, həm də hansı kursantın hansı idman növündə daha yüksək uğurlar qazana biləcəyini də proqnozlaşdıra bilir. Necə? - dünyaduyumu ilə, müşahidələriylə, idman növlərinə bələdliyinə görə. Bunlarla bir sırada həm də onların düşüncələrini milli-mənəvi dəyərlər deyilən işığa yönləndirən müəllimdir...

O da bilir ki, ömür qələbələr fəlsəfəsidir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see330

Livitt istefa verdi

13 Avqust 2026 00:16see250

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see235

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see197

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see197

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see177

Bel ağrısının səbəbi bu xəstəlik ola bilər

12 Avqust 2026 23:29see175

Atletiko Alvaresi əvəz etmək üçün namizəd tapıb

13 Avqust 2026 00:14see175

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see170

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see168

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see167

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see166

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see166

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see162

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see162

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see161

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see161

100 yaşa qədər yaşamaq üçün qidalanma qaydasını AÇIQLANDI

12 Avqust 2026 22:17see158

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see147

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri