Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

“Ona paxıllıq edirlər, 15 20 günə Fidan və Xuraman Qasımovalar kimi oxuya bilməzdi axı” Vəfanı müdafiə etdilər

“Ona paxıllıq edirlər, 15 20 günə Fidan və Xuraman Qasımovalar kimi oxuya bilməzdi axı” Vəfanı müdafiə etdilər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Vəfanı müdafiə edəndə mənə yazdılar ki, deyəsən ondan umacağın var, vicdanıma and olsun ki...” 

“Kim Vəfanın oxuduğu ariyanı pisləyirsə qoy hələ özü onun kimi oxusun! Mən deməmişəm ki, Vəfa opera müğənnisidir. Bu qızı tənqid etməyə başlayanda mən dedim ki, iki oktava, iki not səsi var, istənilən ariyanı oxuya bilər. Biz “Vəfa bu ariyanı opera müğənnisi kimi oxuyar” demədik. Biz bunu etdik ki, bilsinlər Vəfanın səsi var. Hamı deyirdi ki, Vəfanın səsi yoxdur. Vəfa “Sevil” operasından Dilbərin ariyasını canlı fanaqramından da qat-qat daha yaxşı oxuyur. Amma bir ton da aşağı oxuyub. “Sənsiz” romansını Müslüm Maqomayev bir başqa oxuyub, Bülbül bir başqa. Onların oxumaqları arasında 4 ton fərq var. Burada səs diapazonundan söhbət gedir. Aşağı not, yuxarı not. Bir insanın səsi baritondur, iki oktavadır, birisi tenordur, sopranadır. Aşağı səsin diapazonları böyük də ola bilər, kiçik də”

Bunu tanınmış müğənni İntiqam Kərimov tələbəsi Vəfa Şərifova haqda deyib. O Vəfanın Dilbərin ariyasını oxumasını tənqid edənlərə səslənib:

“Kim fikirləşmədən Vəfanın ünvanına nə gəldi yazırsa paxıllıqdandır. Paxıllıq onsuz da bu dünyanı bürüyüb gedir. Mən yenə də deyirəm. Bu sözləri Vəfanın ünvanına deməyimdə heç bir marağım olmayıb. Qızın 2 oktava, 2 not səsi var. Bu səslə də istənilən hər şeyi oxuya bilər. Teatrın qəhrəmanı olmaqdan ötrü isə illər keçməlidir, partiyalar öyrənməlidir. Burada çox şey var. Vəfa gözəl diksiya ilə oxuyub. Opera müğənnilərinin oxuduqlarının 90 faizini başa düşmək olmur. Operadan danışan insanların heç biri mənim keçdiyim məktəbi keçməyib. Mən SSRİ-nin vaxtında Moskva Dövlət Konservatoriyasına qəbul olunmuş ilk vokal tələbələrdənəm. Bəlkə də o vaxt heç tələbə yox idi. Sonra da o vaxtın Mədəniyyət Naziri Zakir Bağırov məni Bakıya dəvət etdi. Mən Voronej Dövlət Filarmoniyasının solisti idim. Opera tamaşalarında baş rolları oxumuşam. Mən boş-boşuna danışmıram. Bu işi dərindən bilirəm. Vəfanın arxasınca danışan insanlar kənarda qalıblar. Nə onun qazandığını qazana bilirlər, nə də onun kimi məşhurdurlar. Qız oxumağı öyrəndi, səs diapazonunu açdı və sonra da getdi toy oxumağa, çörək qazanmağa. Mən amma bu yolla heç vaxt getməmişəm. Mən Azərbaycanın rokunu başlayan ilk insanam demək olar ki. 1977-ci ildə caz-rok stilində ilk mahnımı oxumuşam. Bu da Tofiq Babayevin “Neyləyim?” bəstəsi olub. Sonra da 200-dən artıq mahnı yazdırmışam. 54 mahnının ilk ifaçısıyam, 21 öz şəxsi mahnım var, 4 beynəlxalq müsabiqədə qalib olmuşam, amma nə olsun? Amma Vəfa çörəyini qazanır, əcəb də edir. İnanın göydəki Allah haqqı bu işdə heç bir marağım yoxdur. Bir manat da güdməmişəm, güdmürəm və güdməyəcəm də. Mən elə şeylər etmiş olsaydım Azərbaycanda ən imkanlı adam idim. Vəfa 17 yaşında yanıma gələndə səsini açmaq üçün ayda 200 dollar ondan pul almışam. Mənim yanımda tələbəm haqqında deyilən hər sözə cavab verməyə qadirəm. Çünki hər tələbəmin imkanlarını bilirəm. Mənim konsertim oldu, 7 tələbəmi çıxarıb oxutdum. Efirə tələbə çıxaranda əgər onların birindən bir dondurma istəmişəmsə yer üzünün ən şərəfsiz insanıyam” deyə məşhur müğənni bildirib.

Bakı Musiqi Akademiyasının “Ümumi fortepiano” kafedrasının baş müəllimi, tanınmış bəstəkar və sevilən mahnıların müəllifi Sədaqət Arifqızı da Vəfanı müdafiə edib. Moderator.az-a açıqlama verən bəstəkar bildirib ki, Vəfanın səsi gözəldir, sadəcə üstündə işləməlidir.

“O qızı mən heç tanımıram, işbirliyimiz də olmayıb. Vəfanın üstünə çox gedirlər. Hər yerdə yazırlar ki, özgənin ərini əlindən alıb, onun şəkilini kollaj edib pis sözlər yazırlar, uşaqlarına yaxşı olmayan sözlər deyirlər. Mən 1-2 dəfə də orada rəy yazmışam ki, müğənnilərin neçə faizi kiminsə ərinə getməyib? Bəyəm onların hamısı subay oğlana ərə gediblər ki?! Lap belə üzdə olanların adını çəkmək istəmirəm, amma hamı bilir ki, əksəriyyəti hansısa kişinin ikinci sevdiyi xanım olub. İndi ahıl arvadlardır, əksəriyyəti efirlərdə kiməsə ağıl öyrədir. Təkcə Vəfanın üstünə düşüblər. Kimin üstünə çox gedirlərsə tanıdım-tanımadım o şəxsin müdafiəsinə qalxıram. Bu qız da həmçinin. Vəfanın səsi gözəldir, adamın xoşuna gəlir. 5-6 bəyənmədiyimiz xanım müğənni var, heç onları mən də bəyənmirəm. Onların içində bir Zeynəb, bir də Vəfadır ki, səsləri qəşəngdir, yaxşı mahnı oxuya bilərlər. Vəfa hansısa yarışmada olub, sonra İntiqam Kərimovdan oxumağı öyrənib və gedib toylarda çörəyini qazanmağa. Nə qədər bunun başına qaxarlar ki, sən mağazada işləmisən, avtobusda gəzmisən. İntiqam Kərimov dedi və sözünün üstündə dayandı. Doğurdan da Vəfanın ariyanı oxumasını bəyəndim. Sırf vokalist kimi oxumasa da həzin, maneralarla yaxşı oxudu. 5-6 dəfə qulaq asdım, çox xoşuma gəldi. Mən 22 il vokalistlərlə işlədiyimə görə bilirəm ki, onlar hansı əziyyətlə bu səsə sahib olurlar. Siz istəyirsiz Vəfa 15-20 günə Xuraman, Fidan Qasımovalar kimi oxusun? Bu mümkün olan şey deyil axı! Nadir Qafarzadə də “Bayatı-Şiraz”, Füzulinin kontatasını oxudu, onda onun da üstünə düşərdilər ki, sən  get “Maral-maral” oxu, niyə bunları oxuyursan? Bacardı oxudu! Bunları alqışlamaq lazımdır. Müğənni hər cür oxumağı bacarmalıdır. Mən 50 ilin musiqiçisi kimi fikirləşirəm ki, bu Vəfada yaxşı alınıb. Konservatoriyada dərs dediyim tələbələrin 80 faizi vokalistlər olub. Xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının tələbələri fortepianoda məndə oxuyublar, ixtisasda da onlarda. O tələbələrin içərisində laureatlar da var. Mən o qızlara da mahnı oxuda bilərdim, amma oxuda bilmirəm. Çünki onlar o qədər məşq ediblər ki, sırf vokalist kimi oxuyurlar. Bu Vəfadan nə istəyirlər? 7-ci sinif musiqi məktəbini bitirməyən, 2 not tanımayan insan da fikir yazır. Hamı musiqişünas, vokalist olub. Siz heç bilirsinizmi ariya nədir? Ömrünüzdə heç “Sevil” operasına qulaq asmısız? Çox maraqlıdır!. Facebookda bu haqda status yazanda bir nəfər girib rəy yazdı ki, çox tərifləyirsiz Vəfanı, deyəsən ondan umacağınız var? Üstəlik də yazdı ki, Vəfanın tərəfini saxlamaqla öz mahnılarınızı hörmətdən salmayın. Bu rəyə səsli güldüm. Mən də ona zarafatca yazdım ki, hə bilmirsən bəs, Vəfa mənim sponsorumdur da. Gör nə qədər düşüncəsiz insanlar var. Vəfa mənim nəvəm yaşındadır. Ondan nə umacağım ola bilər? Heç 20-30 mahnı verdiyim müğənnilərdən umacağım olmayıb, o ki, qalsın Vəfadan umam?. Bir insanın üstünə bu qədər getmək olmaz. Vəfa sabah gedib Karmen, Aida operasında solo partiyaları oxuyan deyil ki. Müəllimi dedi və Vəfa da kişi qızı kimi çıxıb oxudu və sübut etdi ki, oxuya bilər! Vokalist qıza mahnı vermişəm, gedib yazdırmışıq da, amma yaxşı alınmayıb. Çünki o vokalist kimi oxuyub. Onlar sözləri səlist tələffüz etmirlər. Bu onu oxuya bilməz, o da bunu. Vəfa mahnının öhdəsindən 80-90 faiz gəlib. Mənə o rəyi yazan da fake profil sahibi idi. Bilirsiniz ki, Vəfanın düşmənləri çoxdur, yəqin onlardan biri olub. Mən də Vəfa kimi gözəl bir səslə lirik mahnı işləyib göstərə bilərəm. Amma bu onun öz seçimidir ki, toylarda oxumaq istəyir. Onun səsində həzinlik, huzur var. Səs adamın beyninə düşmür, sancmır. İmkanı olduğu təqdirdə də işləyən qızdır. Onun yerinə olsam konservatoriyaya daxil olub, əməlli başlı vokal səslə oxuyaram. Çox yaşı yoxdur ki. 33-35 yaşı var da. Bizdə tələbələr var ki, 40 yaşında konservatoriyaya gəlib oxumağı öyrənirlər” deyə tanınmış bəstəkar deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see251

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see228

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see223

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see192

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see182

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see169

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see169

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see163

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see162

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see162

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see161

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see155

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see155

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see154

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see152

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see149

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see146

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see141

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri