Icma.az
close
up
RU
Ona söz vermişdim ki...

Ona söz vermişdim ki...

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yəqin ki, aranızda xalq artisti Eyyub Yaqubovun ifasında məşhurlaşan "Əlvida, Cəmilə!" mahnısını eşitməyən adam çətin tapılar. Bax, bu dəfə sizə həmin mahnının sözlərinin müəllifi Rəsmiyyə Sabir haqqında danışmaq istəyirəm. Rəsmiyyə xanım 1973-cü il oktyabrın 5-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1990-cı ildə orada orta təhsilini bitirərək Bakıya gəlib. Beş il indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsilə yiyələnib. Oranı "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisadçı-mühəndis kimi başa vurub. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildən həmin institutda elmi katib vəzifəsində çalışır. İqtisad elmləri doktorudur...

Deyir ki, “mənim şeirlərimə xeyli məşhur mahnılar bəstələnib: "Qələmin gözündən indi yaş gəlir", "Bağışlama bizi Vətən". "Sözümün üstündə durmuşam, Allah". Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Sosial şəbəkələrdə müxtəlif adamlar tərəfindən şeirlərimin tez-tez paylaşıldığının da şahidi oluram. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər...”.

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, 1 fərdi monaqrafiyanın, eləcə də 1 dərslik kitabının müəllifi, o cümlədən 6 müştərək monoqrafiyanın həmmüəllifidir.

“Əlvida, Cəmilə” mahnısının sözlərini isə sifarişlə yazdığını dilə gətirir…

“Bu şeir bir oğlanın Cəmilə adlı bir qıza olan sevgisidir. Sifariş alıb yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür edib, ayrılığı necə təsvir etmək olarsa, o cür də qələmə almışam. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var ki, musiqisini Nadir Əzimov yazıb. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxuyurdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, məncə Türkiyədə yaşyır. Sənətdən də uzaqlaşıb. Sonrakı taleyini bilmirəm. Hətta ona klip də çəkdirib. “Get, mənim ömrümdən, birdəfəlik get”,- bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi və mahnı bəstələdi. Rübabə Qarabağlı da ona klip çəkdirib. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. Əsla, o mənim taleyim deyil”,- söyləyir.

2000-ci ildə Türkiyədə keçirilən I Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Sonun başlanğıcı", İraqda nəşr edilən "Kölgəsiz dar ağacları", Türkiyədə işıq üzü görən “Unutdun məni”, "Sahilsiz adam” adlı şeir kitablarının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla və zaman-zaman müxtəlif fəxri fərmanlarla, o cümlədən təşəkkürnamə ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Bir sözlə, uğurları çoxdur, hamısını sadalasam xeyli vaxt aparar...

Deyir ki, “mən kitablarıma heç vaxt maddi vəsait xərcləmirəm, xaricdə çap olunan kitablarım isə mükafatlar çərçivəsində işıq üzü görüb. Amma bu gün çoxu özü nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram.

Cəmiyyətdə qonorar olmalıdır. Mən Türkiyədə keçirilən şeir festivalından qonorar almışdım. Qardaş ölkədəki ənənə burada da olmalıdır.

Kimsə kitablarını az-çox satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Bazar iqtisadiyyatı ilə çalışan sistemdə bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm...”.

...Sakit təbiətli xanımdır, mübahisə etməkdən xoşu gəlmir. Məntiqlə hərəkət etməyi xoşlayır. Əzmkardır, məqsədinə çatana qədər çalışmağa davam edir və qələbə qazanmasa dayanmır. Daxil olduğu mühiti təfərrüatı ilə araşdırıb insanlar haqqında özündə təəssürat yaradır. Onun zehnində gözəl bir tarazlıq var. Nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir və ona uyğun hərəkət edir. Məzmunlu adamdır, hər yerdə bu xüsusiyyətini qoruyub saxlamağı bacarır. Verdiyi hər bir qərarda israrlıdır. Xoş və enerjili rəftarı ilə seçilir və ətrafdakı insanların diqqətini çəkir. Bu da onu cazibədar və cəlbedici göstərir. Mübahisə etməyi xoşlamasa da, mübarizədən- öz hüquqlarını müdafiə etməkdən çəkinmir. Olduqca harmonik xasiyyətə malikdir...

Düşünürəm ki, bu söhbətimlə sizə alim, şair Rəsmiyyə Sabir haqqında az da olsa məlumat çatdıra bildim. Bu günlərdə Rəsmiyyə xanım növbəti ad gününü qeyd etdi. Onu təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, elmi nailiyyətlər arzulayıram...

Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Oktyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri