Icma.az
close
up
RU
Onlar mənzillə təmin olunacaq

Onlar mənzillə təmin olunacaq

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bakupost.az xəbər verir ki, Komissiyanın sədri, maliyyə naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq indiyədək Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib. Nazir bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və ordu quruculuğu xəttinin ardıcıl davamı olan bu siyasət hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həll edilməsinə mühüm töhfə verir.

S.Babayev Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini bildirib.

Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunmasına dair qərar qəbul olunub. Qeyd olunub ki, cari il üzrə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına alınan tam təmirli mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim olunacaq.

Bu günə qədər dövlət vəsaiti hesabına 4167 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Dekabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see393

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see333

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see274

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see271

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see257

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see243

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see229

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see209

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see203

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see203

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see190

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see179

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see175

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see172

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see165

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see163

Avropa Rusiyaya görə "parçalanır"...

20 İyul 2026 07:02see162

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see161

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see161

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri