“OPEC+” razılaşması iştirakçıları gələn il neft hasilatını cüzi artıracaq PROQNOZ
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2027-ci il üçün hasilatın azaldılması üzrə razılaşmada iştirak edən “OPEC+” iştirakçılarının xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2027-ci ildə “OPEC+” üzrə xam neftin gündəlik hasilatı ortalama 37,64 mln. barel səviyyəsində olacaq ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən cəmi 0,01 mln. barel çoxdur.
Bununla yanaşı, EIA 2026-cı il üçün “OPEC+” üzrə xam neftin gündəlik hasilatı üzrə proqnozu yeniləyib. Proqnoza əsasən, bu il xam neftin gündəlik hasilatı ortalama 37,63 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəl verilən proqnozundan (37,13 mln. barel ) 0,5 mln. barel çoxdur.
Qeyd olunur ki, 2025-ci ildə “OPEC+” üzrə xam neftin gündəlik hasilatı ortalama 36,61 mln. barel təşkil edib, bu da 2024-cü ilin göstəricisi (36,03 mln. barel) ilə müqayisədə 0,58 mln. barel artım deməkdir.
Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Onu da qeyd etmək lazımdir ki, OPEC-ə daxil olan İran, Venesuela və Liviya sanksiya və digər səbəblərdən “OPEC+ razılama çərçivəsində hesilatın azaldılmazı ilə bağlı kvotalardan azaddırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















