Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...

Öpməkçin müqəddəs bir mövqe varsa, o da müəllimin əlidir, anla!...

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda start götürməsi, son günlərdəki aramsız yağışın paytaxtda və rayonlarda yaratdığı problemlər,  Avroviziya təmsilçimizin uğursuz çıxışı, kriminal hadisələrin şənbə-bazar günlərində kəskin artımı KİV-lərdə və sosial şəbəkələrdə əsl xəbər bolluğu yaratdı. Bu xəbər bolluğuna rəng qatan, müsbət ahəng verən informasiya isə Salyan şəhərində yaşayan 90 yaşlı qocaman müəllimənin vaxtı ilə dərs dediyi məktəbdə  yubileyinin keçmiş yetirmələri tərəfindən təntənəli şəkildə keçirilməsi oldu.

Geyiminin sadəliyindən, tədbirin olduqca səmimi ahəngindən bəlli idi ki, yubileyi keçirilən Solmaz Hüseynova hansısa tanınmışların, imkanlı iş adamlarının, vəzifəlilərin yaxını deyil, bu tədbir tapşırıqla ərsəyə gəlməyib, könül işidir. Şənbə günü keçirilən yubiley tədbirinin bazar günündən başlayaraq  demək olar ki, bütün sosial şəbəkələrdə kütləvi şəkildə paylaşılması, müəlliməyə saysız-hesabsız təbriklərin yazılması, xoş arzuların  dilənməsi cəmiyyətin 5 dəqiqəlik kadrlardan görüb isnişdiyi, sevdiyi, qəlbinə yaxın bildiyi qocaman müəlliməyə ehtiramdan doğurdu. 

Həmin videonu mən də sosial şəbəkə hesablarımda paylaşıb, paylaşılanlara rəy yazsam da, qəlbimdə bir boşluq hiss etdim.  Qəlbimin dərinliklərində bu xanım müəlliməyə duyduğum ehtiram hissi ilə bu yazını yazdım. Yaxından tanımasam da, yetirmələrinin ilk müəllimlərinə olan sevgisi, müəllimin duruşu, mənalı çıxışı bu yazını yazdırdı. 

Jurnalist peşəmə görə çox yubiley tədbirlərinin iştirakçısı olmuşam, KİV-dən, sosial şəbəkələrdən çox tədbirləri izləmişəm. Amma eturaf edim ki, onların heç biri məni Solmaz müəllimənin yubiley tədbiri qədər duyğulandırmamışdı. Və paylaşımlardan, yazılan şərhlərdən görünürdü ki, təsirlənən tək mən deyiləm... 

Minlərin arzusunu bir yazıda dilə gətirmək istəyim  təkcə 90 yaşlı Solmaz Hüseynovaya olan diqqət deyil, ömrünü müqəddəs müəllimlik peşəsinə həsr etmiş bütün müəllimlərimizə-fərqi yoxdur- təqaüddədir, dünyasını dəyişib, hal-hazırda çalışır-hamısına ehtiramdır, töhfədir.

Salyan şəhər 4 saylı orta məktəbin ibtidai sinif müəllimi Solmaz Hüseynova  haqqında sosial şəbəkələrdən öyrəndiyim budur ki, xanım müəllimə 1967-2009-cu illərdə bu təhsil ocağında çalışıb. Necə çalışdığını təhsil idarəsindən, ya məktəb rəhbərliyindən soruşmağa ehtiyac hiss etmədim. Bu sualın cavabı onu məktəbin həyətində səbirsizliklə gözləyən yetirmələrinin simasından, minnətdarlıq, sevgi dolu baxışlardan oxunurdu. Solmaz müəllimənin əlləri təbərrik idi  yetirmələrinə. Onlara qələm tutmağı öyrədən bu əllərə toxunmaq, öpmək ən müqəddəs ziyarət  idi sanki. Baxmayaraq ki, o əlləri zaman qırışları ilə naxışlamışdı, saçlarını ağappaq ağartmışdı, dizindən taqətini, gözündən nurunu, simasından gənclik təravətini almışdı. Amma dik duruşuna, məğrur yerişinə, hafizəsinə, nitqinə toxuna bilməmişşdi. Müəlliməyə təqdim edilən saysız  çiçək dəstələrisə əməyinin qiyməti,  müəllim ömrünün daima bahar olduğunun rəmzi idi. 

Sinif otağında Solmaz müəllimə tam ayrı idi. Dərs otağının havası sanki ona yeni nəfəs vermişdi, doğma məkan dizlərinin gücünü artırmışdı, çöhrəsinə ilahi bir nur qatmışdı.   Müəllimənin davranışı, peşə etikasına sadiqliyi sadəcə valehedici idi. Təqaüddə olduğunu, bura qonaq kimi dəvət edildiyini belə unutmuşdu. Onu dinləyən şagirdləri, məkanın doğmalığı müəlliməni ötənlərinə qaytarmışdı, arzusunda olduğu, bir daha geri dönə bilməyəcəyi illərindən bir saatlıq da olsa hayıfını alırdı. Yetirmələri ilə  salamlaşması, hal-əhval tutması, qısa, lakin maraqlı dialoqları, şux zarafatları zamanın ahəngini pozmuşdu, geri qaytarmışdı. Rəmzi dərs prosesindən  sonra Solmaz müəllimənin sinif otağını qamətini dik saxlayaraq  vüqarla tərk etməsi möhtəşəm səhnə  idi!..

...Amma Solmaz müəllimə sonacan bu möhkəmliyini saxlaya bilmədi, ürəyi doldu yetirmələrinin bu diqqətindən. Zalda ona həsr olunan videorolikə baxanda ilk dərsə gələn uşaq kimi ağladı,  zaldakıları da kövrəltdi, sosial şəbəkələrdə bu videonu izləyənləri də. Bu bir insanın ona verilən dəyərdən qəlbən təsirlənməsi, axıtdığı göz yaşlarısa ömrünü boşuna keçirmədiyinə görə qəlbinin təsəllisi idi. Və ən nəhayət, Salyan şəhər 4 saylı orta məktəbdə ibtidai sinif müəllimi Solmaz Hüseynovanın 90 illik yubiley  tədbiri cəmiyyətin öz ziyalısına-onun bütün zamanlarda ən öndə gedən nümayəndəsinə verdiyi dəyəri idi. Bu tədbir son illərdə məqsədli, ya kortəbii şəkildə müəllim nüfuzunu aşağı salmağa, zədələməyə hesablanmış kampaniyalara tutarlı cavab idi, sübut idi. Bir daha göstərdi ki, cəmiyyət müəllimini sevir, dəyərləndirir, həmişə yüksəkdə tutur. Gənc müəllimlərə də mesaj idi ki, peşəsinə bağlanan, sevən müəllimləri yetirmələri  heç zaman unutmur, daima  yaddaşında saxlayır, ehtiram göstərir.

...Sizi yaxından tanımasam da, müəllimim olmasanız da, yetirmələrinizin sizə ehtiramına görə mən də sizi  çox sevdim, ürəkdən sevdim, Solmaz müəllimə... Nur saçan çöhrənizə, ağ saçlarınıza baxıb ilk müəllimimi, üstümdə zəhməti olan müəllimlərimi xatırladım. Sizin həyat yolunuz, yetirmələrinizin sizə sevgisi, onların baxışlarında oxunan minnətdarlıq ifadəsi  necə müəllim olduğunuzun real əksi idi. Bu görüş həm də  “əsl müəllim necə  olmalıdır?” sualına cavab, cəmiyyətin, aidiyyatı qurumların təqaüddə olan, sevgiyə, yad edilməyə  ehtiyacı olan müəllimlərə diqqət göstərməyin vacibliyinə ötürülən mesaj idi. Müəllim nüfuzunu qaytarmaq, bu ixtisası seçən gənclərdə peşələrinə məhəbbət yaratmaq üçün belə tədbirlərin rolunun vacibliyinin xatırlanması idi.

90 yaşlı Solmaz Hüseynovanın əlini təbərrik kimi öpən keçmiş yetirmələrinə mən də qoşuluram. Əlllərinizdən öpürəm...Ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın dediyi kimi:

 Öpməkçin müqəddəs bir mövqe varsa, 

O da müəllimin əlidir, anla!..

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 May 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri