Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 avqust, AZƏRTAC
2026-cı ilin yanvar-iyun aylarında inflyasiya tempi hədəf daxilində olub. İllik inflyasiya (2026-cı ilin iyun ayı 2025-ci ilin iyun ayına nisbətən) 5,8 faiz, orta illik inflyasiya (2026-cı ilin yanvar-iyun ayları 2025-ci ilin yanvar-iyun aylarına nisbətən) 5,7 faiz səviyyəsində qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Hesabat dövründə orta illik ərzaq qiymətlərində 6,6 faizlik, qeyri-ərzaq qiymətləri üzrə 3,9 faizlik, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faizlik artım qeydə alınıb. Dövr ərzində Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti inflyasiyanın hədəflənən intervalda saxlanılmasına xidmət etmişdir. 2025-ci ilin dekabr ayında 6,75 faiz səviyyəsində müəyyənləşdirilən uçot dərəcəsi cari ilin may ayında 0,25 faiz-bənd azaldılaraq 6,5 faiz müəyyən edilib, iyul ayında qəbul edilmiş qərar əsasında isə uçot dərəcəsi dəyişməz saxlanılıb.
Qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, daxili maliyyə bazarında gedən proseslər, makroiqtisadi vəziyyət, valyuta bazarında sabitlik kimi amillər əsas götürülməklə qəbul edilib.
Baxış sayı:187
Bu xəbər 18 Avqust 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















