Icma.az
close
up
RU
Osimhenin son durumu bəlli oldu Qalatasaray ı heç kim günahlandıra bilməz

Osimhenin son durumu bəlli oldu Qalatasaray ı heç kim günahlandıra bilməz

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

''Qalatasaray''ın əsas qol silahı Viktor Osimhenin yığmanın heyətində zədələndiyini xəbər vermişdik. Məşhur forvard Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Nigeriyanın Ruandaya qarşı ev oyununda artıq ilk yarıda zədələnərək əvəzlənmişdi.
''Qalatasaray'' sol ayağının topuğundan zədə alan forvardın Türkiyəyə gətirilməsi üçün xüsusi təyyarə göndərib. Osimhen artıq İstanbula gətirilərək təcili tibbi müayinədən keçirilib. Onun şənbə günü superliqanın 5-ci turu çərçivəsində ''Eyüpspor''a qarşı oyunu buraxacağı dəqiqdi. Amma Osimhenin gələn həftə Çempionlar Liqasında səfərdə Frankfurt ''Ayntraxt''ına qarşı baş tutacaq matçı da buraxmaq ehtimalı yüksəkdi.
Bu arada Nigeriya yığmasının bir rəsmisinin açıqlamaları diqqət çəkib. Nigeriya bu gün mübarizə apardığı C qrupunda lider Cənubi Afrikaya qarşı səfər matçı keçirəcək. Nigeriya lap Osimhen oynamasa belə, onun komanda ilə birlikdə səfərə yollanmasını istəyirdi. Amma ''Qalatasaray''ın onu təcili olaraq geri gətirməsi bu arzunun üzərindən xətt çəkib.
Türkiyə mətbuatının yazdığına inansaq, Nigeriya yığmasının adı açıqlanmayan bir rəsmisi məsələ ilə bağlı bunları deyib:

''Komandamızda hər kəs Osimhenin bizimlə birlikdə bu səfərə yollanmasını istəyirdi. Osimhenin qarşıdakı matçda oynamayacağı bəlli olduqdan bəri Cənubi Afrika yığmasında sanki bayramdı. Osimhenin bizimlə birlikdə olması rəqibə psixoloji təzyiq baxımından önəmli idi. Ancaq ''Qalatasaray'' rəsmiləri onun dərhal geri qayıtmasını istədilər. Bu qərarlarına görə onları heç kim günahlandıra bilməz. Hər halda bu yay Osimheni daimi transfer etmək üçün böyük pullar xərcləyiblər''.

Bu arada Osimhenin tibbi müayinəsindən sonra qorxulu bir şey çıxmayıb. Onun topuğunda qanama və şişmə aşkarlanıb. Forvard hələ ki, bir neçə məşqi buraxacaq. Amma Türkiyə mətbuatının yazdığına inansaq, 26 yaşlı futbolçu ÇL matçında komandaya yardım edə biləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri