Icma.az
close
up
RU
Oskanyan: Paşinyanın dövründə demokratik idarəçilik, iqtisadi sabitlik xeyli pozulub

Oskanyan: Paşinyanın dövründə demokratik idarəçilik, iqtisadi sabitlik xeyli pozulub

Icma.az, 525.az saytına istinadən bildirir.

Milli təhlükəsizlik, xarici siyasət, demokratik idarəçilik, iqtisadi sabitlik, milli həmrəylik sahələri Paşinyan hakimiyyəti dövründə xeyli pozulub və zəifləyib.

525.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O bildirib ki, ölkə müasir tarixinin ən təhlükəli döngələrindən birində dayanır: Bu gün ermənilərin əksəriyyəti bir əqidə ətrafında birləşib: Baş nazir Nikol Paşinyan getməlidir. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. 2018-ci ildə ümid və transformasiya vədləri ilə başlayan şey - şəffaflıq, ədalət və dirçəliş - bu gün özbaşınalıq, bacarıqsızlıq və strateji uğursuzluq dövrünə çevrildi.

Göz qabağındadır ki, Paşinyan nəinki mövcud çağırışlara tab gətirə bilib, həm də əldə olunan nailiyyətləri sıradan çıxarıb və ölkənin zəifliyini dərinləşdirib. O, Ermənistanın gələcəyi üçün getməlidir. Yeni yol açmağın vaxtıdır”.

Sabiq nazir söyləyib ki, Paşinyanın uğursuzluğunun kökündə onun xarici və təhlükəsizlik siyasətini fəlakətli idarə etməsi dayanır: “Paşinyan müharibədən sonra vəziyyəti sabitləşdirmək əvəzinə daha da pisləşdirdi. O, Ermənistanı strateji ziddiyyətlərə salıb, xarici tərəfdaşlara aydın olmayan mesajlar verib, aydın siyasi xətt formalaşdıra bilməyib. Onun səhvləri bütün əsas personajları özündən uzaqlaşdırdı. Moskva İrəvanı etibarsız hesab edir, Tehran isə şübhə ilə yanaşır.

Bir vaxtlar ona demokratik dirçəlişin simvolu kimi baxan Qərb indi onu xarici maraqlara xidmət edən itaətkar agentdən başqa bir şey kimi görmür. Ermənistanın beynəlxalq aləmdən təcrid olunması təsadüfi deyil. Bu, səlahiyyətdən, strateji fikirdən və diplomatik bacarıqdan tamamilə məhrum olan liderin fəaliyyətinin proqnozlaşdırıla bilən nəticəsidir.

Siyasətçi, həmçinin məhkəmə sisteminin zəiflədiyinə diqqət çəkib: “Vətəndaş cəmiyyəti sıxışdırılıb, müxalifət kriminallaşdırılıb, mətbuata məhdudiyyətlər qoyulub. İnflyasiya, durğun əmək haqqı, artan borclar və kifayət qədər investisiya qoyuluşu - bu gündəlik reallıqdır. Eyni zamanda Ermənistanın sosial quruluşu da dağılır. Qütbləşmə, inamsızlıq və siyasi tükənmə: bunlar ictimai həyatın xüsusiyyətləridir. Dövlət çətin günlərdə milləti birləşdirmək əvəzinə parçalanmanı daha da dərinləşdirir. Bununla belə, nüfuzunun və ictimai dəstəyin görünməmiş şəkildə azalması fonunda belə, Paşinyan hakimiyyətdən ictimai maraqlara xidmət etmək üçün deyil, öz mövqeyini təmin etmək üçün yapışır”.

V.Oskanyanın fikrincə, Ermənistan artıq bu rəhbərliyə dözə bilməz: “Paşinyanın hakimiyyətdə qalması təkcə böhranın nəticəsi deyil. Böhranın özü budur. Onun mövcudluğu bərpa imkanlarını daraldır, xarici əlaqələri çətinləşdirir, demokratik və milli yenidənqurmaya mane olur. Onun uzaqlaşdırılması bütün problemləri həll etməyəcək. Lakin bu, Ermənistanın ləyaqətini, etibarını və strateji istiqamətini bərpa etmək üçün zəruri ilk addımdır. Ölkə dəyişiklik gözlədiyi halda, vəziyyətin ciddiliyini aydın şəkildə dərk etmək lazımdır. Ermənistana xalqı birləşdirə bilən, regional münaqişəni bacarıq və uzaqgörənliklə idarə edə bilən liderlik lazımdır”. (“Report”)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Aprel 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see200

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see143

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see140

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see131

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see130

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see126

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see126

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see124

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see121

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

08 Noyabr 2025 21:18see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri