Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Ötən il Azərbaycanda 130 a yaxın Niderland şirkəti fəaliyyət göstərib

Ötən il Azərbaycanda 130 a yaxın Niderland şirkəti fəaliyyət göstərib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Haaqa, 21 may, AZƏRTAC

Müstəqilliyini bərpa etdikdən sonra keçən 34 ildə Azərbaycan coğrafi üstünlüyü, diplomatik çevikliyi, resursların idarə edilməsi, iqtisadi və hərbi imkanlarına görə orta güc dövlətinə çevrilib. Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycan region daxilində və onun hüdudlarından kənarda nəqliyyat-enerji layihələrinə irimiqyaslı investisiyalar yatırmaqla yanaşı, həm də bu sahədə aparıcı dövlətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadənin bu ölkənin “The Holland Times” qəzetinə verdiyi müsahibəsində yer alıb.

Məqalədə qeyd edilib ki, Müstəqillik Gününün hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu Respublika cəmi 23 ay ömür sürsə də, dövlətçiliyimizin əsaslarını, ümumi seçki hüququnu təmin etdi, habelə qadınlara bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ verdi. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə və zəngin dövlətçilik ənənələrinə əsaslanaraq, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdi. 28 May xalqımızın azadlıq və suverenliyinin rəmzidir. Bu, qürur və müstəqillik uğrunda mübarizə aparanların xatirəsini anmaq və müasir Azərbaycanın nailiyyətlərini qeyd etmək məqamıdır.

Azərbaycanın təbii ehtiyatlarından strateji istifadəyə və böyük enerji infrastrukturu təşəbbüslərindəki roluna görə bir çox ölkə üçün əsas enerji təchizatçısı olduğunu deyən səfir vurğulayıb: “Azərbaycan tərəfindən reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan və Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqına ixracının iki dəfə artırılmasını və Avropaya ixrac üçün Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalını nəzərdə tutur. Biz Avropaya qaz ixracımızı ardıcıl olaraq artırmışıq və hazırda on Avropa ölkəsini qazla təmin edirik. Azərbaycanın bərpaolunan enerji mərkəzi olmaq üçün də böyük potensialı var. Biz Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Xəzər dənizindən elektrik enerjisinin Avropaya ötürülməsi üçün Yaşıl Enerji Dəhlizini inkişaf etdiririk. Həmçinin Mərkəzi Asiyadan olan tərəfdaşlar - Qazaxıstan və Özbəkistanla da onları bu layihəyə cəlb etmək istiqamətində çalışırıq. 2024-cü ilin noyabrında Azərbaycan Bakı Maliyyə Məqsədi, karbon bazarları üçün çərçivə və İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi tarixi nəticələrə nail olmaqla, COP29-a uğurla ev sahibliyi etdi. Bütün bu səylər göstərir ki, Azərbaycan təkcə ənənəvi enerji təchizatçısı deyil, həm də Avropa və onun hüdudlarından kənarda təhlükəsiz, şaxələndirilmiş və davamlı enerji gələcəyinə sadiq olan gələcəyə yönəlmiş tərəfdaşdır”.

İki ölkə arasında diplomatik münasibətlərə də toxunan diplomat bildirib ki, Niderlanddakı Azərbaycan icması ölkələri birləşdirən körpü rolunu oynayır. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. “Hesab edirəm ki, Niderlandda bu potensial - Azərbaycanın həqiqətləri, onun Cənubi Qafqazdakı liderliyi və Xəzər hövzəsindəki açar rolu və daha geniş regiona, o cümlədən Mərkəzi Asiyaya qapı kimi strateji mövqeyi haqqında məlumatlılıq məhduddur. Bundan əlavə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və ondan sonrakı vəziyyətlə bağlı qavrayışlara dezinformasiya və saxta xəbərlər çox təsir edib. Son dövrlər hökumət səviyyəsində, o cümlədən xarici işlər nazirləri arasında keçirilən görüşlər və təmaslar, eləcə də Xarici İşlər nazirliklərimiz arasında Bakıda aparılmış siyasi məsləhətləşmələr bizim mövqeyimizi və regionumuzdakı reallıqları anlamağa çox kömək etdi. Bütün bunlar həm də ümumi maraq doğuran məsələlərin müzakirəsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaratdı. Artıq müsbət nəticələr də görünür”, - deyə o əlavə edib.

Yazıda, həmçinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən və ərazi bütövlüyümüzün bərpasından sonra baş vermiş hadisələrə də toxunulub. Azərbaycanın öz maliyyə imkanları ilə işğaldan azad edilmiş ərazilərdə əsaslı bərpa və yenidənqurma işlərini həyata keçirdiyi, ancaq bu ərazilərin milyonlarla mina ilə çirklənməsinin quruculuq işlərinə böyük maneə yaratması diqqətə çatdırılıb. Minaların qurbanları haqqında məlumat verilib. Vurğulanıb ki, iki ölkə bu gün sülhə nail olmağa yaxındır.

Diplomat müsahibəsində qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycan və Niderland münasibətlərinin təməl daşıdır və ticarət, investisiya və birgə layihələrin davamlı artımı ilə səciyyələnir. 2024-cü ildə Azərbaycanda 130-a yaxın Niderland şirkəti fəaliyyət göstərib. Niderlandın Azərbaycana sərmayələri təxminən 1,5 milyard ABŞ dolları təşkil edir. Ölkəmizdə Niderland sərmayələri əsasən qeyri-neft sektorlarına yönəlib ki, bu da Azərbaycanın strateji iqtisadi şaxələndirmə hədəfinə uyğundur. Azərbaycan Niderlanda 2,5 milyard ABŞ dollarından çox sərmayə yatırıb və 2024-cü ildə qarşılıqlı ticarət əvvəlki illə müqayisədə 60 faiz artıb.

Müsahibədə Azərbaycanın turizm imkanlarından da söz açılıb. Ölkəmizin füsunkar müasir memarlıq abidələri - Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, eləcə də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim və tarixi məkanlar haqqında, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq yarışlar və tədbirlər barədə ətraflı məlumat verilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see342

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri