Overçuk: “Zəngəzur dəhlizi Ermənistan və Rusiya arasında bağlantı quracaq“
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Moskva İrəvanla Ermənistanın cənubundakı nəqliyyat marşrutu ("Tramp marşrutu" layihəsi (TRIPP), Zəngəzur dəhlizi - red.) məsələsini müzakirə edib, Moskva hesab edir ki, marşrut Rusiya ilə Ermənistanın bağlantısına imkan yaradacaq".
Moderator.az-ın xəbərinə görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində TASS-a müsahibəsində deyib.
"Əlbəttə, İrəvana səfərim zamanı və Həştərxanda azərbaycanlı həmkarlarımızla görüşlər zamanı bu məsələni də müzakirə etdik. Bunun necə olacağı ilə bağlı anlayışımız var", - deyə o vurğulayıb.
"Belə bir yolun tikintisi Avrasiyanın ümumi nəqliyyat çərçivəsinin formalaşmasına kömək edəcək. Əgər belə bir yol yaranarsa, bu, digər şeylərlə yanaşı, Ermənistanın Rusiya ilə bağlantısına da imkan yaradacaq. Bizim hesablamalarımıza görə, bu, çox güman ölkələrimiz arasında yüklərin daşınması üçün əsas yol olacaq", - deyə Overçuk əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















