Icma.az
close
up
RU
Oxuma zamanı beyində nələrin baş verdiyi kəşf edilib...

Oxuma zamanı beyində nələrin baş verdiyi kəşf edilib...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ucadan və səssizcə oxumaq beynin müxtəlif hissələrini aktivləşdirir...

...Maks Plank Koqnitiv və Beyin Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, ucadan və səssiz oxumaq beynin hərəkət, eşitmə və məlumatların işlənməsi ilə əlaqəli müxtəlif sahələrini cəlb edir.

SİA-nın məlumatına görə, tədqiqatın nəticələri Neuroscience & Biobehavioral Reviews jurnalında dərc olunub. Tədqiqatçılar iştirakçıların müxtəlif dillərdə hərfləri, sözləri, psevdosözləri (mənası olmayan hərflər toplusu), cümlələri və mətnləri oxuduğu 150-dən çox araşdırmanın məlumatlarını təhlil ediblər.

Könüllülərin beyin fəaliyyəti MRT vasitəsilə izlənilib.

Məlum olub ki, hərfləri oxumaq ilk növbədə sol oksipital korteksin bir sahəsini, sözlər və bütöv cümlələr isə sol temporo-oksipital, eləcə də aşağı frontal girus daxil olmaqla daha geniş sahələri aktivləşdirir.

Bu sahələr sözlərə və psevdosözlərə fərqli reaksiya verir, onların yazılı məlumatların işlənməsi üzrə ixtisaslaşmış funksiyalarını göstərir.

Bundan əlavə, elm adamları açıq (ucadan) və gizli (səssiz) oxumaq arasında əhəmiyyətli fərqlər tapıblar.

Birinci variant beynin hərəkət və eşitmə ilə əlaqəli sahələrini aktivləşdirir, ikincisi isə müxtəlif idrak sistemləri arasında koordinasiya ilə bağlıdır.

Tədqiqatçılar beynin açıq və gizli oxumağı necə fərqləndirdiyinə xüsusi diqqət yetiriblər. Məsələn, sözlərin və psevdosözlərin səssiz oxunması sol orbitofrontal korteks, beyincik və temporal korteksin sahələrini aktivləşdirdi.

Eyni zamanda, leksik qərarlar - hərflər dəstinin söz olub-olmadığını müəyyən etmək - həm aşağı frontal, həm də insular bölgələri əhatə edirdi.

Müəlliflər vurğulayırlar ki, nəticələr oxumağın neyrobioloji əsaslarını daha yaxşı anlamağa kömək edir və nitq və idrak pozğunluqlarının diaqnostikası və müalicəsi üçün metodların işlənib hazırlanmasında faydalı ola bilər.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri