Icma.az
close
up
RU
Oxumadıqlarım yandırar məni... Şahanə Müşfiq yazır

Oxumadıqlarım yandırar məni... Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Hər birimizin kitab rəfində illərlə toxunulmadan qalan kitablar var, yəqin ki. Bəzilərini hədiyyə veriblər, bəzilərini maraqla alıb kənara qoymuşuq, bəzilərini isə sadəcə "bir gün oxuyaram" ümidi ilə saxlamışıq. Amma bu qaynar həyat, bitib tükənməyən qayğılar, heç bitməyən öhdəliklər zamanımızı özümüz də hiss etmədən elə oğurlayır ki, əlimiz işdə, gözümüz və könlümüz isə oxuya bilmədiyimiz kitabların yanında bir-birimizə həsrətlə yola veririk ömrü. Bu o kitablardır ki, onların səhifələri hələ açılmayıb, lakin varlıqları ilə bizə çox şey deyirlər. Oxumadığımız kitablar sanki evimizdə səssiz yaşayan qonaqlardır - danışmırlar, amma mövcudluqları ilə bizə təsir etməkdən də qalmırlar.

Kitab elə bir möcüzəvi varlıqdır ki, o, həmişə, hər yerdə, bütün situasiyalarda az və ya çox dərəcədə həyatımıza təsir edə bilir, iz buraxır; onu oxusaq da, oxumasaq da... Bəzən heç vərəqləmədiyimiz kitabların mövcudluğu belə düşüncə aləmimizi formalaşdırmağa kifayət edir.

Əslində, kitab yalnız oxunanda yox, həm də "oradadır" əminliyi ilə bizə təsir edir. Evdəki kitab rəfi sadəcə ara-sıra tozunu aldığımız kağız yığını deyil - o, bizim daxili dünyamızın, seçimlərimizin, arzularımızın güzgüsüdür. Oxumadığımız kitablar həmin arzuların təxirə salınmış formasıdır. Onlar sanki sabaha saxladığımız söhbətlərdir, görüşmədiyimiz dostlardır, yazılmamış məktublardır.Sanki hər biri gələcəkdə bizə deyəcək sözünü gözləyir sonsuz səbrlə, təmkinlə. Bəlkə də biz onları məhz oxumadığımız üçün bu qədər dəyərlidirlər - çünki içlərində hələ də açılmamış sirr daşıyırlar.

Hər kitab oxunmasa da, bəzən adının özü həyatımıza toxunmaq üçün bəs edir. Məsələn, Dostoyevskinin "Cinayət və cəza"sını heç vaxt oxumayan biri belə, onun adını hər eşidəndə günah və vicdan haqqında düşünə bilər. Qabriel Qarsia Markesin "Yüz ilin tənhalığı"nı əlinə almayan insan belə, "tənhalıq" sözünün səslənməsində öz həyatının bir kölgəsini görə bilər. Bu kitablar oxucunun zehnində sanki mövcudluq effekti yaradır, ona istiqamət verir. Deməli, bəzən kitabı açmaq lazım deyil - o, onsuz da bizə öz mesajını göndərir.

Oxumadığımız kitablar bizim mədəni kimliyimizin bir hissəsidir. Çoxumuzun evində "gözləyən kitablar" siyahısı var və o siyahı bir növ şəxsi bioqrafiyanın yazılmamış səhifələridir. İnsan hansı kitabları oxumayıbsa, onun haqqında da çox şey deyə bilərik. Məsələn, kiminsə evində oxunmamış tarixi kitabların olması onun tarixə marağını göstərir. Kiminsə kitab rəfində toz basmış poeziya kitabları varsa, demək o, hələ də özünün həssas tərəfini oyatmağa cəsarət etməyib.

Oxumadığımız kitablar sanki bizə səssiz müraciət edən obrazlardır. Onlar "Məni oxu, mənim sənə deyəcək çox vacib sözlərim var"- deyə pıçıltı ilə səslənir. Amma biz bu qaçaqovlu həyatın dolanbaclarında onları oxumaq üçün ayrıdığımız zamanı da salıb itiririk, beləcə onları susdurur, təxirə salır, ertələyirik. Həyatımızdakı insanlar kimidir oxumadığımız kitablar - bəzi görüşlər, bəzi söhbətlər də vaxtında baş tutmur və onlar da bizim taleyimizdə oxunmamış səhifələr kimi qalır.

Oxumadığımız kitablar həm də "potensial həyat" deməkdir. Onların içindəki dünyalar hələ bizim üçün bağlıdır, amma mövcuddur. Sanki qapısı kilidli otaqlar kimidir: içərisində bizi gözləyən yeni bir insan, yeni bir düşüncə, yeni bir duyğu var. Oxumadığımız kitabların çoxluğu həm də gələcəyimizdə nə qədər ümid, nə qədər yol olduğunu göstərir.

Ən nəhayət, oxumadığımız kitablar bizə bir həqiqəti xatırladır: insanın bütün kitabları oxumağa ömrü yetməz. Həyatın özü də oxunmamış səhifələrlə doludur. O səhifələri oxumağa, anlamağa insan oğlunun ömrü yetərmi ki?! Amma oxumadığımız səhifələrin varlığı həyatın sirrini qoruyur. Çünki insan bəzən oxuduqlarından çox, oxuya bilmədiklərinin həsrəti ilə yaşayır. Mərhum şairimizin ruhundan üzr istəyərək misrasını mövzumuza uyğunlaşdırsaq, "sonraya saxladım çox kitabımı, oxumadıqlarım yandırar məni..."

Bəlkə də elə buna görə oxumadığımız kitablar həyatımızda görünməz, amma güclü bir rola malikdir: onlar arzularımız, hələ üzə çıxmamış tərəflərimiz, gələcək ümidlərimiz və hələ qurulmamış xəyallarımızdır.

Məncə, ən böyük təsəlli də məhz budur: oxumadığımız kitablar həmişə bizimlədir, həmişə bizi gözləyirlər. Və bəlkə də, bir gün onların səhifələri taleyimizlə üst-üstə düşəcək, kim bilir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri