Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Oyundan kənarda qalan tərəf Hindistan olacaq

Oyundan kənarda qalan tərəf Hindistan olacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 noyabr, Rabil Kətanov, AZƏRTAC

Vaxtilə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək 20 faiz ərazisini zəbt edən Ermənistan özünü təcrid vəziyyətinə salaraq ağır iqtisadi problemlər yaşamaq məcburiyyətində qalmışdı. İllər keçdikcə Azərbaycan özünün iqtisadi vəziyyətini və hərbi potensialını artıraraq regionda güc mərkəzinə çevrildi və 44 gün ərzində ərazilərini işğaldan azad etdi. İndi Ermənistan ilə sülh prosesi davam edir və rəsmi İrəvan praqmatik siyasətini davam etdirsə, sülhün əldə olunma ehtimalı böyükdür. Qarabağı uzun illər işğal altında saxlamaq Ermənistana çox baha başa gəldi. İlk növbədə nəzərə çatdırmaq lazımdır ki, Ermənistan regionda həyata keçirilən və qlobal xarakter daşıyan beynəlxalq iqtisadi layihələrdə iştirak edə bilmədi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi - əgər Ermənistan vaxtında işğalçılığa son qoyub bu layihələrə qatılsaydı, dəmir yolu kimi strateji infrastrukturunu başqa dövlətə satmaq məcburiyyətində qalmaz, öz büdcəsini tranzit gəlirlərlə təmin edərdi. Böyük dövlətlərdə fəaliyyət göstərən erməni lobbisi geosiyasi maraqları naminə Ermənistanı oyuna salıb Azərbaycan və Türkiyəyə qarşı qoydular. Nəticədə məğlub olan Ermənistan oldu. Bu məsələlər artıq tarixdə qalıb və hazırda Azərbaycan öz üzərindən Ermənistana yük idxal etməsinə icazə verib və bir neçə gün əvvəl Qazaxıstandan 1000 ton taxıl Azərbaycan üzərindən tranzit olaraq Ermənistana çatdırıldı.

Lakin Ermənistanı yenidən münaqişəyə çəkib geosiyasi oyunlara salmaq istəyi hələ də davam edir və bu dəfə Hindistan düşüb ortalığa. Bu dövləti Azərbaycan ilə Pakistanın dostluğu narahat edir. Halbuki bu iki müsəlman dövlətin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Hindistana heç bir təhlükə törətmir və ona qarşı yönəlməyib. Hindistan ilə Azərbaycan Şimal Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında iştirak edirlər və bu dəhliz Hindistana Azərbaycandan daha çox lazımdır. Bu dəhliz Hindistanın Avropa və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə onun strateji əhəmiyyətini də artırır. ŞCBN dəhlizinin əsas seqmenti olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır. Bu yol Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Hindistanın Mumbai limanından Avropaya və Rusiyaya daşınan yüklər İranın Bəndər Abbas limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq mənzil başına nəql olunacaq. “The Times of İndia” saytının yazdığına görə, ŞCBND Hindistanın Avropa ilə ticarət əlaqəsi üçün mühüm xarakter daşıyan yoldur. Bu dəhlizlə yüklər 45 günə deyil, 20 günə çatdırılacaq və nəqliyyat xərclərinin 40 faiz azalmasına səbəb olacaq.

Oktyabrın 13-14-də Rusiya və Azərbaycanın baş nazirlərinin müavinləri Aleksey Overçuk və Şahin Mustafayev, eləcə də İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi Bakıda görüşüb Rəşt-Astara dəmir yolunu müzakirə etdilər və yerində tikinti işlərinə baxdılar. 2028-ci ilə kimi yolun çəkilməsi planlaşdırılıb. Lakin Hindistanın Narendra Modi rejimi bütün bu iqtisadi faydalı işləri bir tərəfə buraxıb Ermənistanı silahlandırır, revanşist qüvvələri yenidən münaqişəyə cəlb edib Azərbaycandan Pakistanla dostluq etdiyinə görə guya qisas alır. Hindistanın baş nazirinin Azərbaycana qarşı düşmənçilik və islamofob siyasəti onu ŞCBND-dən kənarda saxlaya bilər. Hindistanı qlobal ticarətdə əhəmiyyətli rol oynayan ŞCBND-dən kənarda saxlamaq üçün Azərbaycanın əlində kifayət qədər imkanlar var. Hindistanın Azərbaycana qarşı düşmənçilik siyasəti bu ölkənin Xəzər hövzəsi və Cənubi Qafqazdan təcrid olunmasına gətirib çıxardı.

Rusiyanın TASS xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla yazır ki, Ermənistan “Pinaka” zenit-raket sistemlərinin və “Akash” təyyarə əleyhinə qurğularının alınmasına dair müqavilələri imzalamaqla Hindistan silahının ən böyük idxalçısına çevrilib. “Indian Aerospace Defense News” saytı bildirir ki, 2022-2023-cü illərdə Hindistan istehsal etdiyi silahların 43 faizini Ermənistana satıb, 2024-2025-ci illər üçün isə 600 milyon dollar həcmində silah alınması barədə iki dövlət arasında müqavilələr imzalanıb.

2020-ci il müharibəsindən bəri Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib. Bəzi məlumatlara görə, milyonlarla dollarlıq kontraktlarda təkcə “Pinaka” sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Hindistanın müdafiə mövzularında xəbərlər yayan saytı sentyabrda yazmışdı ki, Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır və onlardan 6-sı artıq Ermənistana çatdırılıb. Bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan “müdafiə məsləhətləşmələri” keçirilib. Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırmaları İnstitutunun hesabatında qeyd edilir ki, Hindistan dünyanın ən böyük silah ixrac edən ölkəsi olub. 2014-2018 və 2019-2023-cü illər arasında Hindistan silah ixracını 4,7 faiz artırıb.

Hindistanın Azərbaycana qarşı münasibətindəki bu dəyişiklik N.Modinin hakimiyyətə gəlişindən sonra baş verib. Ümumiyyətlə, sağ millətçi siyasi ideyasına malik olan N.Modinin hakimiyyətə yiyələnməsindən sonra Hindistanın özündə də müsəlmanlara qarşı zorakılıq siyasəti həyata keçirilir. Polisin gözü qarşısında müsəlman kəndlərinin dağıdılması, insanların qətlə yetirilməsi halları artıb və bunları N. Modinin lideri olduğu hakim Hindistan Xalq Partiyası (“Bharatiya Janata Party”) təşviq edir. Bu partiyanın qurultay və digər yığıncaqlarında müsəlmanlara qarşı şüarların səslənməsi adi hal alıb. N.Modinin bu siyasəti qətiyyən Hindistanın milli maraqlarına deyil, adı yuxarıda göstərilən siyasi partiyanın korporativ maraqlarına və şəxsən N.Modinin hakimiyyətinin uzadılmasına xidmət edir.

Əlbəttə ki, Hindistanın bu qeyri-konstruktiv mövqeyi Azərbaycanı yolundan döndərə bilməz. Azərbaycan Pakistan ilə strateji tərəfdaşlıq əlaqələrini qoruyub saxlayacaq və inkişaf etdirəcək. Bunun Hindistana heç bir isti-soyuğu yoxdur. Bu gün Pakistanın Azərbaycanla əlaqələri ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı öz sözünü deyir. Hətta artıq Pakistan Ermənistanla əlaqələr qurur, oyundan kənar qalan tərəf isə Hindistandır. Ermənistana gəlincə isə demək lazımdır ki, rəsmi İrəvan ikinci dəfə regiondan təcrid vəziyyətinə salınsa, oradan çıxması artıq mümkün olmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri