Icma.az
close
up
RU
Öz başınızın çarəsinə baxın ABŞ dan Litva, Estoniya və digər müttəfiqlərə şok ismarış

Öz başınızın çarəsinə baxın ABŞ dan Litva, Estoniya və digər müttəfiqlərə şok ismarış

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Birləşmiş Ştatlar özünün strateji müttəfiqlərinə, o cümlədən Böyük Britaniya, Polşa, Litva və Estoniyaya silah tədarükündə ciddi gecikmələrin ola biləcəyi barədə rəsmi xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, "Financial Times" qəzetinin yaydığı məlumata görə, bu narahatlığın əsas səbəbi ABŞ-ın hərbi arsenallarının sürətlə tükənməsidir.
Məqalədə qeyd olunur ki, İrana qarşı aparılan genişmiqyaslı hərbi əməliyyatlar Amerikanın hərbi resurslarını o dərəcədə iflic edib ki, Pentaqon artıq digər regionlardakı silah və sursatları bu zonaya daşımaq məcburiyyətində qalıb. Xüsusilə NATO-nun şərq cinahında yerləşən ölkələr üçün nəzərdə tutulan hava hücumundan müdafiə sistemləri və raket tədarükünün qeyri-müəyyən müddətə təxirə salınması Avropada böyük təşvişə səbəb olub.
ABŞ rəsmiləri etiraf edirlər ki, eyni vaxtda bir neçə gərginlik ocağında iştirak etmək və müttəfiqləri təchiz etmək hərbi sənaye kompleksi üçün ağır yükə çevrilib. Polşa və Baltikyanı ölkələr bu gecikmələrin onların milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirsələr də, Vaşinqton hazırda prioritetin İran cəbhəsi olduğunu vurğulayır. Ekspertlər hesab edirlər ki, bu vəziyyət Avropa ölkələrini öz hərbi istehsalatlarını sürətləndirməyə və ABŞ-dan asılılığı azaltmağa sövq edəcək. Hazırda Pentaqonun arsenallarını bərpa etmək üçün milyardlarla dollarlıq yeni sifarişlər verdiyi, lakin istehsal prosesinin illərlə vaxt aparacağı bildirilir. Bu kritik kəsir yaxın gələcəkdə qlobal güclər nisbətinə ciddi təsir göstərə bilər. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri