Icma.az
close
up
RU
Özbəkistan qadağan etdi, Azərbaycanı nə gözləyir?

Özbəkistan qadağan etdi, Azərbaycanı nə gözləyir?

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistan hüquq-mühafizə orqanlarının saqqallı kişilərə qarşı keçirdiyi reydlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtın müxtəlif ərazilərində keçirilən əməliyyatlar zamanı saqqallı kişilər ictimai yerlərdə saxlanılaraq polis bölmələrinə aparılıb və onlardan saqqallarını qırxmaq tələb olunub. Reydlər zamanı saxlanılan şəxslər arasında tanınmış özbək bloger Abdurahmon Abdurahmonov da olub. O, sosial şəbəkədə saqqalı qırxıldıqdan sonra çəkdirdiyi fotosunu paylaşaraq baş verənlər barədə açıq danışmağın çətin olduğunu bildirib.

Bu hadisə regionda fərdi azadlıqlar və dövlət tənzimləmələri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəs oxşar qaydaların Azərbaycanda tətbiqi mümkündürmü?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, hər bir ölkənin özünə xas normaları və qaydaları mövcuddur:

Ceyhun Məmmədov

“Birinci növbədə araşdırmaq lazımdır ki, Özbəkistan hüquq-mühafizə orqanları bu addımı niyə atırlar. Yəni bu tədbir ümumi saqqal saxlayanlara aiddir, yoxsa konkret dindar şəxslərə yönəlib? Əsas məsələ prosesin hansı formada həyata keçirildiyini və kimlərə tətbiq olunduğunu müəyyənləşdirməkdir. Əslində hər kəsin şəxsi seçimidir, istəyən insan saqqal saxlaya da bilər, istəmirsə saxlamaya da. Azərbaycanda bu sahədə sərbəstlik var”.

Deputat əlavə edib ki, ölkədə getdikcə saqqal saxlayan və səliqəsiz görünən insanların sayı artır:

“Bu məsələnin həlli zor gücü ilə deyil, davamlı maarifləndirmə və təbliğat vasitəsilə mümkün ola bilər. Təəssüf ki, gənclərin bir qismi bunu edir və bu, bəzən narazılıq və narahatlıq yaradır. Lakin məcburi qaydalarla deyil, maarifləndirmə işləri ilə gəncləri daha səliqəli geyinməyə və saqqallarını nizamlı saxlamağa yönəltmək daha məqsədəuyğundur”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Mart 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri