Icma.az
close
up
RU
Özəl məktəblərdə təhsil haqqı 5 45 min manat arasında dəyişir Siyahı

Özəl məktəblərdə təhsil haqqı 5 45 min manat arasında dəyişir Siyahı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda özəl məktəblərdə təhsil haqları məktəbdən, sinifdən və tədris proqramından asılı olaraq dəyişir.
Yeniavaz.com
xəbər verir ki, illik ödəniş bir neçə min manatdan on minlərlə manata qədər yüksəlir.
Bəzi məktəblərdə qidalanma və digər xidmətlər təhsil haqqına daxil olsa da, digərlərində bu xərclər ayrıca ödənilir.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində paytaxtın tanınmış özəl təhsil müəssisələrindən biri olan “Landau School”da illik təhsil haqqı ibtidai siniflər üçün 9 min 200 manatdır. 5-7-ci siniflərdə bu məbləğ 10 min 700, 8-9-cu siniflərdə isə 11 min 500 manat təşkil edir. Yuxarı siniflərdə seçilən proqram da qiymətə təsir göstərir. 10-11-ci siniflər üzrə SAT proqramının illik haqqı 11 min 650 manat, A-Level proqramının haqqı isə 14 min 400 manatdır.
“Hədəf Liseyi”ndə qiymətlər korpuslara və siniflərə görə fərqlənir. Nəsimi korpusunda ibtidai və 5-8-ci siniflərdə təhsil haqqı Azərbaycan bölməsi üzrə 8 min, rus bölməsi üzrə isə 8 min 500 manatdır. 9-11-ci siniflərdə bu məbləğ 6 min manatdır.
Qurtuluş korpusunda ibtidai və 5-8-ci siniflər üçün Azərbaycan bölməsində illik ödəniş 7 min, rus bölməsində isə 7 min 500 manatdır. 9-11-ci siniflərdə təhsil haqqı 5 min manat təşkil edir. Xətai və Sumqayıt korpuslarında təqdim edilən məlumatlara əsasən, yuxarı siniflər üzrə illik ödəniş 5 min manatdır.
“Stars Campus”da isə ibtidai siniflərdən 11-ci sinfə qədər illik təhsil haqqı Azərbaycan bölməsində 9 min, rus bölməsində 10 min, ingilis bölməsində isə 11 min manatdır.
Bəzi məktəblərdə təhsil haqqı daha yüksək məbləğlərlə ölçülür.
ADA İbtidai Məktəbində illik təhsil haqqı 15 min manatdır. ADA Orta Məktəbində bu məbləğ 10 min manat, Beynəlxalq Bakalavriatın — IB Diplom Proqramının iştirakçıları üçün isə 15 min manatdır. Təqdim olunan məlumata görə, bu ödənişlərə kitablar, tədris ləvazimatları, nahar və digər xərclər daxil deyil.
“The International School of Azerbaijan”da 5-10 yaşlı şagirdlər üçün illik təhsil haqqı 26 min dollar bərabərdir ki, bu da milli valyuta ilə 44 min 200 manat edir.  11-18 yaş qrupu üçün isə bu məbləğ 26 min 600 dollar və yaxud 45 min 220 manat təşkil edir.
“SABIS SUN International School”da illik təhsil haqqı sinifdən asılı olaraq 12 min 206 manatdan 17 min manatadək dəyişir.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində ibtidai siniflər üzrə təhsil haqqı Azərbaycan bölməsində 13 min, rus bölməsində 14 min, ingilis bölməsində isə 15 min 500 manatdır. 5-11-ci siniflərdə rus bölməsi üzrə illik ödəniş 14 min, ingilis bölməsi üzrə isə 15 min 500 manatdır.
Bakı Beynəlxalq Təhsil Kompleksinin ibtidai siniflərində rusdilli təhsil üçün illik ödəniş 9 min, ingilisdilli təhsil üçün isə 11 min manatdır. Təqdim edilən məlumata görə, gündəlik qidalanmaya səhər yeməyi, nahar və iki dəfə qəlyanaltı daxildir.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Oktyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri