Icma.az
close
up
RU
Özəl pensiya fondlarının yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

Özəl pensiya fondlarının yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixli Sərəncamı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (Strategiya) üzrə “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbir çərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyd edilmişdir.
Demokrat.az
xəbər verir ki, bu sözləri Trend-ə müsahibəsində Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilib və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb: “Nəzərinizə çatdırırıq ki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması və işlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədilə Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr aparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nail olunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri də qarşılıqlı fəaliyyət göstərirlər.
Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, o cümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir”.
“Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədə investisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyə institutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyə alətlərinin formalaşdırılmasına və maliyyə bazarlarının dərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalinin sosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdan əvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahının artırılmasına, sağlamlığına və ya maddi təminatına dair yarana biləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbət təsir göstərəcək”, - deyə Mərkəzi Bankın baş direktoru qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri