Icma.az
close
up
RU
Özəl sektorda çalışanların NƏZƏRİNƏ: Maaşınızdan bu qədər vergi tutulacaq DETALLAR

Özəl sektorda çalışanların NƏZƏRİNƏ: Maaşınızdan bu qədər vergi tutulacaq DETALLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

2026-cı ilin 1 yanvarından fiziki şəxslərin əmək haqlarından gəlir vergisi tutula bilər.
Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, əməkhaqqı 2500 manata qədər olduqda əməkhaqqından ölkə üzrə yaşayış minimumu (285 manat, 2025-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.
Fiziki şəxsin aylıq gəlirinin 2500 manatdan yuxarı olan hissəsindən isə 25% miqdarında vergi tutulur.
 

MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərə 2600 manat VERİLƏCƏK – Müraciət QAYDALARI – FOTO


İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Lakin 2019-cu ilin 1 yanvarından qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işçilərin əmək haqlarından gəlir vergisinin tutulması 7 il müddətinə dayandırıldı. Yəni, güzəştin müddəti 2026-ci il yanvarın 1-də başa çatacaq.
Güzəşt müddəti uzadılacaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 7 il müddətində Azərbaycanda fiziki şəxslər gəlir vergisindən azad idi:
“7 illik güzəşt 2026-cı ilin 1 yanvarında başa çatır. Bu güzəşt qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil olunmuşdu. Yəni özəl sektorda çalışan vətəndaşlarımız 14 və yaxud 25 faizlik gəlir vergisini vermirdilər. Yəni onların əmək haqları vergidən azad idi. Bu il artıq 7-ci ildir ki, bu güzəştlər var. Beləliklə özəl sektorda çalışanlar əməkhaqqı alan zaman əmək haqlarından gəlir vergisi vermirlər.
Mənim də təklifim ondan ibarətdir ki, güzəşt müddəti uzadılsın. Güzəşt müddəti uzadılmayacağı təqdirdə əmək haqqından tutulacaq verginin həcmi kifayət qədər kiçik olsun, məsələn 2 faizlik vergi tutulsun ki, sahibkarlara vətəndaşların əmək haqqı üçün ciddi əlavə xərc yaratmasın”.
Müsahibimiz qeyd edib ki, qaydalara əsasən  özəl sektorda çalışanlar əmək haqlarından 14-25 faizlik vergi güzəşti əldə etmişdilər:
“Bu qayda özəl sektorda əmək müqaviləsi ilə çalışan bütün əməkdaşlarımızı əhatə edirdi. Artıq 7-ci ildir ki, güzəştə əsasən əmək müqaviləsi ilə çalışan vətəndaşlar bu vergidən azaddırlar. Təklifimiz ondan ibarətdir ki, güzəşt müddəti növbəti ildən uzadılsın. Əgər 2026-cı ilin yanvarına az vaxt qalmış güzəşt müddəti yenə də uzadılarsa, vətəndaşlarımız növbəti ildən də əmək haqlarından gəlir vergisi ödəməyəcəklər. Bu da onların real əmək haqlarının qorunub saxlanmasına imkan yarada bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Sentyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri