Icma.az
close
up
RU
Özümü günahkar sayırdım, Etana görə PSJdə qalmağa hazır idim Kilian Mbappe

Özümü günahkar sayırdım, Etana görə PSJdə qalmağa hazır idim Kilian Mbappe

"Real Madrid"in hücumçusu Kilian Mbappe kiçik qardaşı Etan Mbappeyə görə PSJ-də qalmağa, "Kral klubu"na keçmək variantından imtina edərək parislilərlə yeni müqavilə bağlamağa hazır olduğunu deyib.

Fanat.Az xəbər verir ki, fransalı ulduz "Canal+" telakanalına müsahibəsində belə danışıb:

"Mənim uşaqlıq arzum "Real"da oynamaq olduğu kimi, Etanınkı da PSJ-də çıxış etmək olub. Mən getməmişdən öncə ona dedim ki, ikimiz də qala, birlikdə PSJ-də oynaya bilərik. Özümü günahkar hiss edirdim... Özümü qardaşımın PSJ xəyallarının qarşısını kəsmiş sayırdım... Ona görə də "Real"la bağlı bütün arzularıma rəğmən, qalmağa da hazır idim. Təbii ki, Etana görə... Sən dünyanın ən böyük klubunda oynaya bilərsən, amma qardaşını düşünməmisənsə, yaxşı qardaş, yaxşı insan ola bilməzsən. Bunu onun özünə də söylədim. Lakin Etan mənə dedi: "Onların bizə qarşı etdikləri normal deyil. Sənə qarşı belə münasibət göstərdikləri üçün getməlisən. İkimiz də getməliyik". 

Kilian bu yay PSJ-dən ayrılaraq azad agent qismində "Real"a qoşulubsa, 17 yaşlı Etan Paris klubunu "Lill"ə dəyişib.

Nihat

seeBaxış sayı:38
embedMənbə:https://fanat.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri