Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 31 yanvar, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayon sakinləri - Qarayev Məhəmməd Nuşirəvan oğlu və Mənafova Aynurə Bilal qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində verilmiş aktivlər hesabına M.Qarayev avtotəmizləmə xidmətləri üzrə, A.Mənafova isə dərzi sexini yarartmaqla kiçik bizneslərini qurublar.
Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaq üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















