Icma.az
close
up
RU
Padşahlar otunun çoxsaylı faydaları

Padşahlar otunun çoxsaylı faydaları

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Qədim zamanlarda Şərgdə reyhan həm yeməklərin bişirilməsi zamanı, həm də tibdə geniş istifadə olunurdu.

Şərqdə reyhanın qidalı və müalicəvi xüsusiyyətləri çox yüksək qiymətləndirilirdi. Burada reyhanı hətta "padşahlar otu" adlandırırdılar və deyirdilər ki, "hər gün reyhan yeyən insan qocalmaz". Yeri gəlmişkən, reyhan həqiqətən orqanizmdə qocalma prosesləri ləngidən antioksidant maddələrlə zəngindir.

Reyhan unikal kimyəvi tərkibə malikdir. Reyhanda efir yağları, vitaminlər (K, P, A, B2), fitonsidlər, minerallar (dəmir, mis, marqans, kalium, maqnezium) və s. dəyərli maddələr var.

Reyhan insanın mədə-bağırsaq sisteminə çox müsbət təsir edir - həzm prosesləri yaxşılaşdırır və sürətləndirir, bağırsaq köpü aradan qaldırır, bəzi qidalardan sonra qarında əmələ gələn diskomfort və ağrıları azaldır. Reyhan xüsusilə yağların parçalanmasını asanlaşdırır və sürətləndirir. Məhz bu səbəbdən Şərqdə ta qədimdən yağlı, çətin həzm olunan qidalara tez-tez reyhan əlavə edirlər.

Reyhan əla spazmolitikdir. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrıları, spazmala bağlı olan baş və qarın ağrıları azaldır. Bunun üçün təzə reynahı yemək və ya reyhan dəmləməsini içmək olar.

Reyhan antiseptik, iltihabəleyhinə təsirə malikdir. Nəfəs yolları xəstəlikləri zamanı reyhan dəmləməsi çox yaxşı müalicəvi təsir edir, bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Bu məqsədlə 10 reyhan yarpağı 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla ilıq şəkildə içilir.

Ağız boşluğu iltihabları, stomatit zamanı reyhan dəmləməsi çox yaxşı müalicəvi təsir edir, iltihabı azaldır.

Reyhan sinir sisteminə olduqca müsbət təsir edir. Həytta təzə reyhanın iyi insanı sakitləşdirir, əhval-ruhiyyəsini yaxşılaşdırır. Tez-tez stress vəziyyətlərinə düşən, nevroz, depressiyadan əziyyət çəkən insanlar reyhanı öz qidalanmasına daim daxil etməlidir, reyhan dəmləməsi içməlidir.

Reyhan ürək-damar sistemimiz üçün də çox faydalıdır. Onun tərkibində olan efir yağları ürəyin fəaliyyətinə çox müsbət təsir edir, arterial təzyiqinin tənzimlənməsinə kömək edir, damarları daha sağlam edir, qanın tərkibinə müsbət təsir edir.

Reyhan immun sisteminə də çox müsbət təsir edir. İmmun sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün belə müalicəvi çaydan istifadə etmək olar - 5 yarpaq reyhan + bıcağın ucunda darçın və zəncəfil 1 fincan qaynar suda dəmlənilir, bir az soyudulur, 1 çay qaşığı bal əlavə olunur və çay kimi içilir. Belə çay həm də insanı daha gümrah edir, iş qabiliyyətini artırır.

Podaqra zamanı reyhan çox faydalıdır - orqanizmdə sidik turşusunun səviyyəsini azaldır və xəstənin vəziyyətini yaxşılaşdırır.

Həkimlərin fikirinə görə, reyhan xərçəng əleyhinə təsirə malikdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri