Pakistanda qaz borusunun partlaması nəticəsində 8 nəfər həlak olub
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Pakistanın Xayber Paxtunxva əyalətinin Haripur şəhərində qaz borusunun partlaması və ardınca baş verən yanğın nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, partlayış axşam saatlarında Xattar sənaye bölgəsindəki zavodun yaxınlığındakı qaz xəttində baş verib.
Yanğın nəticəsində uşaqlar da daxil olmaqla səkkiz nəfər həlak olub, 11 nəfər yaralanıb.
Yanğının səbəbi hələlik müəyyən edilməyib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hakimiyyət orqanlarının məlumatına görə, yanğın hadisə yerindən təxminən 200 metr məsafədə yerləşən yaşayış binalarına da yayılıb. Qaz təchizatının kəsilməsinə baxmayaraq, yanğın azı iki saat davam edib, alovların söndürülməsi çətinləşib.
Hazırda yanğın söndürülüb və insidentin səbəbi ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 17 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















