Icma.az
close
up
RU
Pakistanlı nazir: Azərbaycanın çox dinamik və inkişaf etmiş media mühiti var

Pakistanlı nazir: Azərbaycanın çox dinamik və inkişaf etmiş media mühiti var

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Düşünürəm ki, dövlətlərin dezinformasiyaya qarşı mübarizədə əməkdaşlıq etməsi son dərəcə vacibdir. Çünki bəzən qavrayış reallıqdan daha güclü təsir göstərir. Sosial media platformalarından və yeni texnologiyalardan istifadə edərək süni intellekt vasitəsilə yaradılmış videoların aydın şəkildə “AI tərəfindən yaradılıb” kimi etiketlənməsi çox önəmlidir. Bu cür məzmunlarda şəffaflığı təmin edəcək etiketlərə ehtiyacımız var.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar deyib.

O qeyd edib ki, D-8 formatı ölkələrimizin birgə əməkdaşlığını daha da dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və kollektiv platforma yaratmaq üçün mükəmməl bir fürsətdir. “Biz yanlış məlumatların qarşısının alınması üçün daha çox texnologiyadan istifadə etməli, eyni zamanda, düzgün məlumatın yayılmasını təmin etmək üçün üzv ölkələr arasında əməkdaşlığı gücləndirməliyik.

Bu gün qəbul etdiyimiz qərarlar çox əhəmiyyətlidir. Biz birlikdə dezinformasiyaya qarşı mübarizə aparmaq barədə razılığa gəldik. D-8 ölkələri üçün Media Mükəmməllik Mərkəzi yaradılacaq. Bundan əlavə, müsbət hekayələrin dünyaya çatdırılması üçün birgə çalışacağıq. Biz iqtisadi inkişafı təşviq etməli, terrorla mübarizə barədə düzgün məlumatlandırmanı təmin etməli, xalqlarımızın firavanlığını obyektiv şəkildə əks etdirməliyik. Kollektiv hekayəmizin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir, çünki bəzən reallıqlar düzgün anlaşılmaya bilər”.

Nazir sonda Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Onun uzaqgörən siyasəti yüksək qiymətləndirilməldir. Çünki Prezident İlham Əliyev ölkəsinə böyük firavanlıq gətirmiş, strateji baxışı ilə seçilən bir liderdir.

Azərbaycan artıq D-8-in tamhüquqlu üzvüdür və bu tədbirə ev sahibliyi etməsi ilə təşkilata mühüm töhfə verir. Hesab edirəm ki, Azərbaycanın çox dinamik və inkişaf etmiş media mühiti var. Üzv ölkələr Azərbaycanın təcrübəsindən faydalana, bu pozitiv yanaşmanı və media modellərini öz ölkələrində də tətbiq edə bilərlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri