“Palmeyras“ İngiltərə klubunun vingerini heyətinə qatıb
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un vingeri Con Ariası heyətinə qatıb.
Moderator.az "ge.globo" portalına istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.
Transferin məbləği 25 milyon avro təşkil edir. "Palmeyras" bu məbləği dörd il ərzində hissə-hissə ödəyəcək.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşan komandanın heyətində 26 matçda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:Fiorentina İngiltərə klubunun müdafiəçisini heyətinə cəlb edəcək
06 İyul 2026 08:21
İngiltərə nəhəngi Palmeyras ın 16 yaşlı vunderkindinə görə milyonlar ödəməyə hazırlaşır MƏBLƏĞ
22 Aprel 2026 16:58
İngiltərə klubunun radarında
26 Aprel 2025 19:19
Yalnız “Palmeyras” itkisiz irəliləyir
05 May 2025 17:28
“Palmeyras”dan maksimum nəticə!
15 İyun 2025 21:39
Baxış sayı:123
Bu xəbər 08 Fevral 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















