Icma.az
close
up
RU
Paris Berlindəki Rus Evi ni casusluqda ittiham edir

Paris Berlindəki Rus Evi ni casusluqda ittiham edir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, "Rus Evi" Rusiya diasporu arasında Kremlin siyasətinə dəstəyi artırmaq üçün istifadə olunur və həmçinin Rusiya kəşfiyyat xidmətləri üçün "örtük" rolunu oynaya bilər. Fransa Daxili İşlər Nazirliyi Berlindəki "Rus Evi"nin fəaliyyətini Rusiya kəşfiyyat xidmətlərinin işi ilə əlaqələndirib. Bu barədə WDR media şirkəti ilə birlikdə Fransa nazirliyinin sənədini nəzərdən keçirən Süddeutsche Zeitung məlumat verib.

Sənəddə vəzifəsindən kənarlaşdırılmış RT France televiziya kanalının keçmiş baş redaktoru Kseniya Fedorovadan bəhs olunur. Fransa hakimiyyəti iddia edir ki, o, Berlindəki Rus Evinin direktoru vəzifəsinə namizəd ola bilər. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu qurum Rusiya diasporu arasında Moskvanın siyasətinə dəstəyi artırmaq üçün istifadə olunur və həmçinin Rusiya kəşfiyyat xidmətləri üçün "örtük" rolunu oynaya bilər.

İyulun sonunda Fransa nazirliyi Fedorovanın ölkədən çıxarılması barədə əmr verib. Ona Fransanı tərk etmək əmri verilib və aktivləri altı ay müddətinə dondurulub. Əmrdə Fedorovanın Rusiya hökuməti tərəfindən əlaqələndirilən dezinformasiya kampaniyaları yaydığı bildirilib.

Almaniyanın mövqeyi

Berlindəki "Rus Evi"nin rəhbərliyi Fedorovanın qurumun direktoru təyin edilməsi ilə bağlı heç bir məlumata malik olmadığını bildirib. Keçmiş direktor Pavel İzvolski bir neçə həftə əvvəl vəzifəsindən ayrılıb və Süddeutsche Zeitung-a görə, çox güman ki, Almaniyanı tərk edib. Eyni zamanda, Almaniya təhlükəsizlik orqanları hələlik Rusiya qurumunu casusluq fəaliyyəti ilə əlaqələndirən heç bir açıqlama verməyib.

Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin Fransa hakimiyyətinin qiymətləndirməsini bölüşüb-praylamadığı soruşulduqda, sözçü deyib: "BfV, bir qayda olaraq, kəşfiyyat məlumatları və ya fəaliyyətləri ilə əlaqəli ola biləcək məsələlərə açıq şəkildə şərh vermir".

"Rus Evi" Rossotrudniçestvo strukturu daxilində fəaliyyət göstərir. Berlindəki Rus Evi, 2022-ci ildən bəri Avropa Birliyinin sanksiyaları altında olan Rusiya federal agentliyi Rossotrudniçestvo-nun bir hissəsidir.

Sanksiyalara baxmayaraq, qurum Almaniya büdcəsindən maliyyələşmə almağa davam edir. Xüsusilə, Berlin 2026-cı ildə Rusiya qurumunun əmlak vergisi üçün 70.000 avro ayırıb.

Almaniya xərcləri Rusiya ilə mədəni əməkdaşlıq haqqında ikitərəfli müqavilə çərçivəsində öhdəliklərin yerinə yetirilməsi ilə izah edir. Eyni zamanda, ölkə hökuməti Moskvanın mümkün cavab tədbirləri səbəbindən Rusiya Evinin fəaliyyəti ilə bağlı sərt açıqlamalar verməkdən çəkinib.

Bu arada, Moldova paytaxtındakı Rusiya Elm və Mədəniyyət Mərkəzi 4 iyulda qapılarını bağlayıb.

V.VƏLİLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Avqust 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri