Icma.az
close
up
RU
Parlament sədrləri İslamabad Bəyannaməsni QƏBUL ETDİ

Parlament sədrləri İslamabad Bəyannaməsni QƏBUL ETDİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Modern.az xəbər verir ki, üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual  məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.
İclasda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Üçtərəfli Görüşdə regionda və ümumən beynəlxalq aləmdə baş verən proseslərin və ölkələrimiz arasındakı əlaqələrin nəzərdən keçirildiyini, ortaq maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıldığını söyləyib. 
Ölkələrimiz arasındakı əlaqələrin -  istər Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan, istərsə də Türkiyə-Pakistan əlaqələrinin, o cümlədən qarşılıqlı dəstək, birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu əlaqələr dövlətlərarası münasibətlərin bütün istiqamətlərini əhatə edir və günbəgün daha da möhkəmlənir və dərinləşir. Bu əlaqələrdə diqqət çəkən əsas məqam odur ki, ölkələrimiz arasındakı bütün məsələlər məhz dostluq və qardaşlıq prizmasından nəzərdən keçirilir.  
Çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasındakı bu il sentyabrın 1-də Çinin Tiencin şəhərində keçirilən görüşdə səsləndirdiyi fikirləri xatırladan Sahibə Qafarova deyib ki, Azərbaycanın dövlət başçısı Pakistanı Hindistan üzərində qələbəsi münasibətilə təbrik edərkən, belə bir fikir səsləndirdi ki, “ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür”. 
O, eyni zamanda, cari ilin may ayında Laçında keçirilmiş Üçtərəfli Zirvə Görüşündə ölkə liderlərimizin – İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Məhəmməd Şahbaz Şərifin qətiyyəti sayəsində qardaş ölkələrimiz arasındakı əlaqələrin artıq üçtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, dünyanın geosiyasi xəritəsinə nəzər yetirsək, hər halda, belə yaxın əlaqələri olan başqa üç ölkəyə çox az rast gələrik. Azərbaycan, Pakistan və Türkiyə arasındakı bu üçtərəfli əlaqələr həqiqətən də strateji tərəfdaşlıq xarakteri daşıyır.
Spiker Sahibə Qafarova qardaş ölkələrimiz arasındakı əlaqələrə uyğun olaraq, parlamentlərimizin də üçtərəfli əməkdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, bu mexanizmi daha da gücləndirmək, parlament diplomatiyasının effektiv alətlərindən birinə çevirmək yolları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. 
Parlament üzvləri arasında müzakirə olunan mövzulara toxunan Milli Məclisin sədri, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, xarici təhdidlərə qarşı həmrəylik məsələsini ölkələrimiz arasında qardaşlığın və qarşılıqlı dəstəyin ən yaxşı şəkildə nümayiş etdirən bir məsələ olduğunu qeyd edib və bu istiqamətdə müzakirələri faydalı hesab edib. 
Spiker həmçinin, iqlim dəyişiklikləri və dayanıqlılıq mövzusunun əhəmiyyətini qeyd edərək, ölkəmizin bu sahədə gördüyü işlər, o cümlədən, Azərbaycanın qardaş Türkiyədə baş vermiş zəlzələ, Pakistandakı daşqınlar zamanı öz qardaşlıq dəstəyini göstərdiyini vurğulayıb. O, digər tərəfdən, COP29 çərçivəsində Azərbaycanın qazandığı nailiyyətləri xüsusi qeyd edib. Parlament üzvlərimizin bu məsələlər haqqında müzakirələrini faydalı hesab edərək, gələcək əməkdaşlıq çərçivəsində iqlim dəyişiklikləri və təbii fəlakətlərə qarşı mübarizə məsələsinin daha çox əhatə olunmasının vacibliyini vurğulayıb.
Azərbaycan parlamentinin spikeri, həmçinin Üçüncü Üçtərəfli Görüşün yekunu olaraq, qəbul olunan İslamabad Bəyannaməsinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bütün aspektlərini əhatə etdiyini, parlamentlərimizin birgə fəaliyyətinin əhəmiyyətini vurğuladığını, o cümlədən, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni imkanları təsbit etdiyini söyləyib. Onun sözlərinə görə, Bəyannamə həmçinin regional və qlobal proseslərə münasibətdə ortaq baxışlarımızı əks etdirir. 
Milli Məclisin sədri sonda bir daha vurğulayıb ki, parlamentlərimiz arasındakı bu səmərəli əməkdaşlıq formatı birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, ölkələrimizin maraqlarına xidmət edir, onlar arasındakı dostluq və qardaşlıq əlaqələrinin, birlik və həmrəyliyin daha da güclənməsinə töhfə verir. 
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün parlament diplomatiyasının imkanlarından istifadə edilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün uğurla nəticələndiyini qeyd edərək, vurğulayıb ki, Görüşün nəticələri gələcək əməkdaşlıq üçün çox faydalı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri